Xəbər lenti
Obama Trampın ABŞ prezidenti postuna yaramadığını bildirib

ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının nüfuzlu üzvlərini prezidentliyə namizəd Donald Trampı dəstəkləməkdən rəsmi şəkildə imtina etməyə çağırıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Obama bildirib ki, Tramp Birləşmiş Ştatları beynəlxalq arenada təmsil etməyə yaramır.
“O, nə təbiətinə, nə hazırlıq və bilik səviyyəsinə, nə biliklərə yiyələnmək istəyinə, nə də səmimiyyətinə görə prezidentliyə yaramır”, - deyə ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Kilintona dəstək mitinqində çıxışı zamanı Trampın prezidentliyə yaramadığını dəfələrlə vurğulasa da, onun adını bir dəfə də səsləndirməyib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Tramp tolerantlıq, hüquqi proseduralara riayət olunması və qarşılıqlı hörmət kimi dəyərləri şübhə altına qoyur: “Bizim demokratiyamız bu cür işləmir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar