Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni xəstəliyi nədir? – Ermənilərin öz adlarına çıxardığı qeyri-adi xəstəlik

Tarix: 05-05-2018 22:09     Baxış: 4447 A- / A+
Erməni xəstəliyi nədir? – Ermənilərin öz adlarına çıxardığı qeyri-adi xəstəlik


Hələ sovet dövründə diaqnozu həkim tərəfindən təyin olunmayan - il ərzində müntəzəm olaraq bir neçə dəfə ürəkbulanma, qızdırma, diareya, halsızlıq simptomları ilə büruzə verən xəstəliyə "erməni xəstəliyi" diaqnozu qoyurdular.
Bu termin Türkiyə, keçmiş SSRİ dövlətlərində dəbdədir. Elə indi də bəzi həkimlər bu sözü işlədir. İllər əvvəl tez-tez ürəkbulanma, qızdırma olduğumu görən bir terapevt "yəqin səndə erməni xəstəliyi var" demişdi. Bunu zarafat kimi qəbul etsəm də, sonradan məlum oldu ki, tibbdə belə xəstəlik var imiş.

Manevr.az bildirir ki, əslində bu xəstəlik İrsi Ağdəniz Qızdırması və ya Avropada deyildiyi kimi periyodik adlanır. Daha çox yəhudi, türk, orta doğu və Ağdəniz, Qara Dəniz ətrafı ərazilərdə yaşayan xalqlarda, yaponlarda yayılıb. Ermənilər bu xəstəliyin qədimliyini nəzərə alıb və özlərinin də türklər, yəhudilər kimi qədimliyini bir növ sübut etmək üçün bu xəstəliyi də özəlləşdirib adlarına çıxarmağı bacarıblar. İrsi Ağdəniz Qızdırması 24-48 saat çəkən qarın, sinə ağrısı və qısa müddətdə təkrarlanan qızdırma verir. Bundan başqa xəstədə heç bir əlavə simptom və dəyişiklik göstərmir, müayinə zamanı orqanizmdə fəsad aşkarlanmır. Qarında ağrı çox vaxt appendisitlə səhv salınıb, hətta xəstənin appendisitinin kəsilməsi ilə nəticələnir. Bu irsi keçən xəstəlik ana və ya atanın daşıyıcı olmasından qaynaqlanır.

Əgər xəstəlik uzun müddət davam edib ağır hala keçərsə, Amiloidoz adlanan xəstəliyə keçir bu zaman insanın bədənindəki amiloid adlı maddə tükənir, nəticədə ürək çatışmazlığı, böyrək çatışmazlığı, iflic kimi ağır problemlər yaranır.

Türkiyədə çox yayılmış bu xəstəliyin irsi keçməsinin qarşısını almaq üçün evlənməzdən öncə genetik test aparılması tələb olunur.

Müayinəsi və diaqnozu qan analizləri və genetik testlərlə qoyulur. Bu xəstəliyə oxşar xəstəliklər çox olduğundan, ilkin mərhələdə erməni xəstəliyi diaqnozu qoymaq hər həkimin də ağlına gəlmir. Belə xəstələrdə il ərzində ataklar şəklində xəstəlik baş verir, 2-3 gün ərzində qanda leykosit, CPR, fibrinogen kimi göstəricilər kəskin artır, atakdan sonra isə normal vəziyyətə dönür. Xəstədə ikincili amilioidozun olması da əsas göstəricidir. Çox vaxt bu insanların ailələrində, qohumlarında, nəsildə başqa yaxınlarda da bu kimi xəstəliyin olması mümkündür və normaldır.

Xəstəlik müalicə oluna bilər. Kolşişin adlı preparatın təyini kifayətdir ki, xəstədə il ərzində ataklar azalsın və ya olmasın.

Əgər sizdə və ya yaxınlarınızda buna bənzər simptomlar varsa və həkimlərin, müalicələrin faydası yoxdursa, o zaman genetik analiz verib Ağdəniz Qızdırması olub-olmadığınızı dəqiqləşdirə bilərsiniz. Ermənilərlə qəti əlaqəsi olmayan bu xəstəliyin Azərbaycanda da olması mümkündür, çünki əcdadlarımız türk köklü olduğundan kökümüz Ağdəniz, Qaradəniz sahillərinə kimi gedib çıxa bilir.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar