Xəbər lenti
“Referendumda hər hansı bir qanun pozuntusu qeydə alınmayıb” - Məzahir Pənahov

MSK referendumun nəticələrini müzakirə edir.
Gununsesi.info xəbər verir ki, hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirlir və iclasda sentybarın 26-da keçirlən referendumun nəticələri müzakirə olunur.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) lazımi səviyyədə təşkil edilib.
M.Pənahov bildirib ki, aşağı seçki komissiyaları operativ şəkildə fəaliyyət göstərib və seçiciləri məlumatlandırıb: “Hər bir Azərbaycan ailəsində Konstitusiyaya dəyişikliklərin mətni var idi və hər bir ailənin Referendum Aktı ilə tanış olmaq imkanı yaranmışdı. Azərbaycan seçicisi artıq öz hüquqlarını yaxşı bilir”.
MSK sədri qeyd edib ki, ilk dəfə idi mətbuat da referendumda hər hansı xoşagəlməz hadisə qeydə almayıb: “Ümumiyyətlə, referendumda hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”.
M.Pənahov bildirib ki, polis əməkdaşlarının seçkilər zamanı asayişin təmin edilməsi istiqamətində fəaliyyəti də yüksək qiymətləndirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar