Xəbər lenti
Coşqun QARABULUD: "Çıxdığım yoxuşların çoxu enişmiş, sən demə" -ŞEİRLƏR
Müasir Türk ədəbiyyatının tanınmış şairi Coşqun Qarabulud artıq “Hardan Haraya“ (çevirən şairə Nazilə Gültac) kitabı ilə Azərbaycanda da özünə çoxsaylı oxucu qazanıb. Yaşıllıqlar Kraliçası, gözəl Fəthiyə şəhərində yaşayıb yaradan şairin dəvəti ilə Azərbaycandan bir qrup şair X Beynəlxalq “ Söz və Sənət “ festivalına dəvət alıblar. Şairə Nazilə Gültac şairin bir neçə şeirini Manevr.az saytına təqdim etmişdir. Coşqun bəyə yaradıçılıq uğurları arzu edirik.
SƏNİNLƏ
Dünən dənizi seyr etdim
səninlə.
Sən görmədin.
Dəniz bu qədər mavi,
bu qədər sığalverici
olmamışdı.
Sən bilmədin,
bu gün yenə getdim oraya,
Seyr etdim doyunca.
Gördüyüm hər yerdə sən vardın.
Dalğalar səni gətirirdi
dalbadal.
Dəniz bilmədi.
Heç bu qədər
yaxın olmamışdın mənə,
heç bu qədər uzun- uzadıya
seyr etməmişdim dənizi.
Oxşadım səni.
Sinənə baş qoydum,
üfüqlərə daldım.
Dəniz görmədi,
“aldatdım beləcə” dalğaları,
“Aldatdım” dənizi.
və nə halda
tapacağam özümü kim bilir.
Haralardan haralara gələcəyəm,
sən kim olacaqsan mənə.
Mən kim olaraq dönəcəm,
kim bilir.
NƏ OLA
Qatı, bulanlıq bir suda gördüm özümü.
Ağzım palçıqla dolu.
Hayqırmaq gəldi içimdən.
Boğuluram,
səsim də çıxmır üstəlik.
Gedirəm, gedirəm vallah
göz görə- görə.
Boğulmaq alın yazımsa,
dibi görünən təmiz, mavi
dərin dənizlər olmalı.
Hətta okean olmalıydı
boğulacağım yer.
Gəl gör ki,
dayaz və pis bulanlıq suda
ağzım mədəmə qədər palçıq dolu.
Boğuluram.
Səssiz sədasız.
Deyirəm bir yağış yağsa anidən.
Bir sel gəlsə,
okeana qarışsam
və dibində tapsalar məni
mavi kəfən içində.
Oldüyümü burda bilsəydilər
nə olardı.
KÜRƏSƏL ŞEİR
Ay yuvarlaq,
Dünya yuvarlaq,
Günəş yuvarlaq.
Kainata uyğun olaq deyə ,
mən də yuvarlaq olmağa razıydım,
Yusyuvarlaq olduq, qardaş,
Içim döndü, vallah.
DAHA NƏLƏR
Madam ki, məni düşünmürsən,
Lazım deyil vaz keçdim.
Heç olmasa içimdəki uşağa acı.
Arada bir saçını, başını oxşa.
Qucağına al, başını sığalla,
Dizin üstə yatırt.
Deyirsən;-
“ mən səni tanıyıram”
əlin- ayağın rahat durmaz”
yox daha nələr,
uşağa yanında
düşündüyün şeyə bax!
EŞQİN GÖZÜ
Eşqin gözü kordur – deyirlər.
Doğrudur.
Aşiqləri nə hala gətirdiyindən bəlli.
Kor tutduğunu buraxmadığı məsəli.
BOYUN
Beləcə,
bükük buraxıb getdin boynumu.
El- aləm dik görsün - deyə bir ömür.
Neçə ömür tükəddim bilirsənmi.
Neçə ömür.
DİABETİK ŞEİR
Qorxuram.
Aparacaqsa,
bu şəkər aparacaq məni.
Hey gidi, yalan dünya.
Mən gedəcəm,
D/adım qalacaq.
NİYYƏT
Qırx hüri verilirmiş,
yolu cənnətə düşənə.
Qismət olsa,
getsəm əgər
təkcə səni istərəm,
bir dənəm.
təkcə səni.
Qırx - dəyişik biçimdə reklammı?
Torpaqdan gəlmişik,
Torpağa dönəcəyik.
Bu hökmdür!
Gəlişimiz, dolanbaclı,
gizli,
Gedişimiz açıq- aşkar, mərdanə.
QAZINTI
Tarixə qarışdıqca
Ar - namus.
Ən yaxşı peşə olacaq,
Ar/xeologiya.
*
Şeirim mənə bənzəyir.
Deyirlər ki, şeir qısa,
yığcam,
təsiredici olmalı.
Təmizlənməli
gərəksiz olanlardan.
Misralar işarələrə hörülməli,
hər oxunuşunda
duyğular oyandıran.
Nə yaxşi, qısayam.
Həm də özəl və cazibəli.
Hər sabah oyanışımda
başqa bir mən tapıram
yeni dadlara qarışımış.
Yoxsa ,
Yoxsa mən bir şeirəmmi..
UYĞUN CÜTLÜK
Biri arvad,
biri ərdi..
Çalışırdı ikisi də.
Biri doğuzduran,
biri mollaydı.
Uyğun cütlüklərin
heç yarımçıq qalmazdı işləri
Birinin başladığını,
bitirirdi o biri.
YANLIŞLIQ
Bu qədər il
Qan tər içində qalxmağım
boşunaymış.
Çıxdığım yoxuşların çoxu
Enişmiş sən demə.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar