Xəbər lenti
CASCFEN-ə sədrlik Nadir Azəriyə həvalə olundu - FOTO

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti yekdil rəylə qurumun sədr müavini Nadir Azərinin ümumi yığıncağadək sədr vəzifəsini icra etməsinə qərar verib.
Manevr.az AzFakt.info- ya istinadən xəbər verir ki, bu barədə təşkilatın keçmiş rəhbəri, Əməkdar jurnalist Azər Həsrət özünün facebook səhifəsində yazıb.
Sabiq sədr qeyd edib ki, təşkilat qurulduğu gündən onun ən fəal üzvlərindən olan Nadir Azəri son altı ildə həm də sədr müavini vəzifəsini daşıyıb. Təşkilatın işində yaxından iştirak edən, daim qurumun ictimaiyyət arasında tanınması, fəaliyyətinin genişlənməsi üçün səy göstərən sədr müavini məhz bu keyfiyyətlərinə görə bu etimada layiq görülüb.
Aprelin 23-də təşkilatın sədrliyindən istefa verən Azər Həsrət də tanınmış jurnalist Nadir Azərinin namizədliyini dəstəklədiyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar