Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı deputatlar Ermənistan patriarxından xalqa müraciət etməyi xahiş ediblər

Tarix: 29-04-2018 09:59     Baxış: 4444 A- / A+
Rusiyalı deputatlar Ermənistan patriarxından xalqa müraciət etməyi xahiş ediblər


Rusiya Dövlət Dumasının deputatları erməni apostol kilsəsinin rəhbərindən Ermənistan əhalisini qarşıdurmadan çəkinməyə və konstitusiya çərçivəsində hərəkət etməyə çağırmağı xahiş ediblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDBməsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov erməni patriarxı ilə keçirilən görüşün yekunlarına dair bildirib.

"Patriarxla görüşdük, söhbət etdik. Biz ona çağırış etdik... Dedik ki, xalqı qarşıdurmalardan çəkinməyə, hər şeyi konstitusiya çərçivəsində saxlamağa çağırsa yaxşı olardı. Allah eləməsin kimsə mənfi emosiyalara qapılsın", - deyə Kalaşnikov bildirib.

Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar