Xəbər lenti
Prezident seçkiləri keçiriləcəkmi? - Siyavuş Novruzovdan cavab
Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Bununla bağlı danışan millət vəkili Fazil Mustafa da referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov moderator.az-a açıqlamasında referendumdan sonra bu səlahiyyətlərin konstitusiya ilə Azərbaycan Respublikasının prezidentinə verildiyini deyib:
“Referendumun nəticələri təsdiq olunduqdan sonra bu səlahiyyət cənab prezidentindir. Əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər. İstəməsə onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir və hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi doğru deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar