Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov: "Əgər zaman-zaman nazirlər dəyişilərsə, onda dövlət cavan qalar"

Tarix: 28-04-2018 11:54     Baxış: 2778 A- / A+
Şahlar Əsgərov: "Əgər  zaman-zaman nazirlər dəyişilərsə, onda dövlət cavan qalar"


"Dövlət də qocalanda yaxşı işləyə bilmir. Ona görə də hökumət üzvləri mütəmadi olaraq dəyişməlidir ki, yerlərinə yeniləri gəlsin. Mən ölkə başçısının son kadr təyinatlarında bu fəlsəfəyə əsaslandığını müşahidə edirəm"

Bunu Manevr.az -a açıqlamasında professor Şahlar Əsgərov prezident İlham Əliyevin son kadr təyinatlarına münasibət bildirərkən söyləyib:

"Dövlət də canlı orqanizmdir. O da zaman keçdikcə qocalır. Bu qocalmanın qarşısını almaq üçün elita zaman-zaman dəyişməlidir. Bu, inkişaf konsepsiyasının əsas müddalarından biridir. Əgər zaman-zaman nazirlər dəyişilərsə, onda dövlət cavan qalar, qocalmaz. Bu təbiətin özündən gələn qanunauyğunluqdur. Fikir verin, payızda bütün güllər, çiçəklər saralıb solur, ətrini itirir, ancaq yazda təzədən çiçəkləyir və ətirlənir. Dövlət də qocalanda yaxşı işləyə bilmir. Ona görə də hökumət üzvləri mütəmadi olaraq dəyişməlidir ki, yerlərinə yeniləri gəlsin. Mən ölkə başçısının son kadr təyinatlarında bu fəlsəfəyə əsaslandığını müşahidə edirəm.
Digər tərəfdən, vəzifədən çıxarılan yüksək çinli məmurlar gələcəkdə Azərbaycanda orta təbəqəni formalaşdıran insanlar ola bilərlər. Bunun da konkret əsası var. Ola bilsi ki, onların bir qismi ilə bağlı sonralar yoxlamalar olsun, xeyli qüsurlar, yeyintilər aşkarlansın. Dövlət, şübhəsiz həmin pulları qanunu əsaslarla geri qaytaracaq. Amma nə qədər geri qaytarsa da, tam qaytarmaq mümkün olmayacaq, həmin adamlarda xeyli sərvət qalacaq. Sağlam düşüncəyə əsaslanaraq elə etmək lazımdır ki, həmin adamlar Azərbaycana investisiya qoyub yeni iş yerləri açmağa maraqlı olsunlar. Onların imkanları böyükdür, çünki kapitaldan əlavə, geniş ələqələri, təcrürbələri də var. Cəmiyyət onların qüsurlrına və talançılığına dözümlə yanaşılmalı və elə etməli ki, bu adamlar ölkədə qalıb iş yerləri açsınlar və vergi ödəsinlər. Şübhəsiz, dövlət onların əlindən pulları zorla alsa, çoxu qaçıb xaricə gedəcək. Avropalıların bir məşhur misalı var: “qazın tükünü elə yolun ki, qışqırmasın”. Ona görə də elə edilməlidir ki, işdən çıxarılan nazirlər və məmurlar xaricə getməsin, pulları ölkəmizə yatırsınlar.
Bundan əvvəl də işdən çıxarılan nazirlər olub. Onlar da vaxtilə xaricə getmişdilər, ancaq indi hamısı geri qayıdırlar və burada biznes qururlar, iş yerləri açırlar. İnanıram ki, dünənə qədər nazir olanlar, sabah ölkəmizdə orta təbəqəni yaradan iş adamları olacaqlar."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar