Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Günel Eyvazlı "...və kişilərin yerinə utandım"

Tarix: 25-04-2018 10:22     Baxış: 2680 A- / A+
Günel Eyvazlı "...və kişilərin yerinə utandım"


Məlum metropoliten hadisəsi ətrafında mən də fikir bildirmək istəyirəm.

Mədəni adamlar belə sözləri dilinə almaz. Fikirlərini başqa cür ifadə etməliydi o xanım. Bayaq bir jurnalist dostumun paylaşımında xanımın fotosunu gördüm və kommentlərdə nalayiq ifadələri görüb kişilərin yerinə utandım. O, Azərbaycan xanımıdır. Haralı olmasından asılı olmayaraq.
Fikrlərini, düşüncələrini barbarcasına ifadə edib. Bu faktdır. Məsələn, adama deyərlər ki, heç şəhər qadını da belə danışmaz. Kənd- şəhər, bölgəçilik fonunda deyilməməliydi bu fikirlər.
Bir gerçəklik var ki, cəmiyyətimizdə özünü apara bilməyən, yediyini yerə atan, mədəniyyətsizlik edən, ucadan danışan şəxslər çoxdu. Şəhər dedikdə - olduqca ütülü, mədəni adamlar nəzərdə tutulur. Yəni şəhər estetikasına malik insan əslinin haradan olmasına, hardan gəlməsinə baxmayaraq həmişə çərçivələri gözləyir. Özünü aparmağı bacaran, ünsiyyəti mükəmməl olan mədəni insan görəndə bir pərəstiş, iftixar hissi dolur adamın canına. Bəziləri deyir, elə bir şəhərlidir. Adamlar həmin şəhər estetikasını nəzərdə tuturlar, bakılılığı yox. Hamı haradansa gəlib şəhərə. Təhsil alıb, ailə qurub - burada yaşamağa üstünlük verib. Gəldiyi yerə qayıtmayıb. Yəni bu estetikanı bəyənib. Burda qalmaq istəyib, buranı sevib. Kultrologiyada belə bir söz var - şəhər mədəniyyəti. Yəni əyalətlərdən kütləvi axın olanda şəhər mədəniyyəti ölə bilir. Estetika öldürülür. Zamanla mütləq qaynayıb-qarışma olur. Zaman uzun sürə bilər, qısa ola bilər. Bu asılıdır insanların həyata adaptasiyasından. Biz indi o böhranı yaşayırıq. Alimlərimiz, ziyalılarımız - hər birimiz haradansa gəlmişik. Amma bir kult formalaşdırmışıq. Mədəni, şəhər insanı kultu. Belə insan mübahisə etdikdə belə çərçivələri gözləyir, nalayiq ifadələri mübahisə zamanı belə ağzından çıxarmır, ucadan danışmır, nəzakətli, qayğıkeş olur. Özünü apara bilməyən, mədəniyyətsiz kəsimə isə barbar kimi baxırıq. Və belələri var aramızda. Bəzi şeylər məni də incidir. Adamlara yerə atdığını nöqsan tutursan səsini qaldırır, nalayiq ifadələr işlədir. Halbuki, sən onun səhvini olduqca mədəni söyləmisən. Anlamırlar, daş kimidirlər, kobuddurlar, rəndələnməyiblər. Düşünürəm ki, zamanla düzələcək. Düzəlməliyik - başqa yolumuz yoxdur. Özümüzdən başlamalıyıq.

Günel Eyvazlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar