Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev daha bir deputatı vəzifəyə təyin etdi - DOSYE

Tarix: 23-04-2018 20:49     Baxış: 4210 A- / A+
İlham Əliyev daha bir deputatı vəzifəyə təyin etdi - DOSYE


Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin edib. Dövlət başçısı indiyədək bu vəzifəni tutan Firudin Nəbiyevi Vüsal Əfqan oğlu Hüseynovla əvəzləyib.

Manevr.az xəbər verir ki, Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil alıb.

1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul edilib. Təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işləməyə başlayıb. Bu vəzifədə çalışarkən o, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun katibi kimi fəaliyyət göstərməyə başlayıb. Onun vəzifələrinə anti-korrupsiya fəaliyyətlərində iştirak edən dövlət orqanları ilə əməkdaşlıq, mətbuat və vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla münasibətlərin koordinasiyası daxil idi.

Vüsal Hüseynov 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi olub. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edilib. Bu illər ərzində o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində "Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsində milli koordinator kimi çıxış edib.

2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputat seçkilərində Vüsal Hüseynov 2015-2020-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilib. O, Milli Məclisdə iki komitənin üzvüdür: 1. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi; 2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi. Bundan əlavə, o, Azərbaycan-Çexiya, Azərbaycan-ABŞ, Azərbaycan-Gürcüstan və digər parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 14 aprel 2017-ci ildən Vüsal Hüseynov, həmçinin, yeni yaradılmış Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədridir.

Evlidir, iki övladı var.

Prezident bu gün daha iki deputatı vəzifəyə təyin edib. Belə ki, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar