Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kəlbəcər o qədər gözəldir ki, hərəni bir cür duyğulandırır."

Tarix: 20-04-2018 23:55     Baxış: 2429 A- / A+
"Kəlbəcər o qədər gözəldir ki, hərəni bir cür duyğulandırır."

Manevr.az professor Şahlar Əsgərovun Ələmdar Cabbarlının “QIZIL” kitabı barədə düşüncələrini təqdim edir:

"Fərdi və kütləvi gözəllikləri və ağrılar. Deyirlər ki, hər üç kəlbəcərlinin ikisi şairdir. Kəlbəcər o qədər gözəldir ki, o gözəlliklər hərəni bir cür duyğulandırır. Fərdi gözəllikləri və ya agrıları qələmə almaqda poeziyanın qüdrəti böyükdür. Elin, obanın, toplumun dərdini şeirlə ifadə etmək, söyləmək çətindir. Bu səbəbdən də hamımızım şair Ələmdar kimi tanıdığımız BDU– nun gənc müəllimi bu gün bizə “Qızıl” kitabını – povest və hekayələrini təqdim edir. Kəlbəcərin, Qarabağın dərdi “Qızıl” kitabında hekayə və povest şəklində təqdim olunur. Kəlbəcərin, Qarabağın dərdi poeziyaya sığmaz dərəcədə böyükdür. İctimai dərdin yükünü poeziya çəkə bilməz.
Kitab haqda. Kitabdakı “Kino” povesti hazır bir kinodur. Ələmdar yazıb, kimsə lentə alar, inşallah. Mən “Aptekçi” və “Qızıl” hekayələri haqda bir– iki kəlmə demək istəyirəm.
“Aptekçi” hekayəsinin qayəsi işğaldan qabaq və sonrakı kəlbəcərlilərin həyat tərzi və sağlamlığıdır. Hekayədə məğrur duruşlu, bəzən sərt baxışlı insanlarının qaçqınlıq döründə vəziyyəti təsvir olunur. Tarxur istəyən Koroğluya oxşar kişi kimi. O zamanlar demək olar ki, elə Azərbaycanın hər yerində, Bakıda da insanlar çox sağlam idi. Bakının bu ərazisində cəmi-cümlətan bir aptek var idi. İndi isə yüzlərlədir. Niyə? Düşünən varmı?
Hər kəs öz kəndinin tarixin yazsın. “Qızıl” hekayəsi Kəlbəcərin bir kəndinin (çox güman ki Ağcakəndin) qara gəlmiş acı tarixidir. Sağ olsun, Ələmdar ki, bu tarixi yazdı. Yazdı ki, ermənilər bizə necə zülm verdilər. Hər kəlbəcərlini Ələmdar kimi öz kəndlərinin acı tarixini yazmağa çağırıram. "Qoymayın ana və bacılarımızın yaşadığı o zülmlü günlər yaddan çıxsın." Bu fikirləri ulu öndər Həydər Əliyev kəlbəcərlilərlə görüşdə demişdi. Demişdi ki, hadisələr nə qədər ağır, kədərli olsa da onu yaşatmalıyıq və nəsildən-nəsillərə ötürməliyik. Tarix unudulanda təkrar olur. 1918-ci ilin zülmlərini unutduq ki, 1993– cü ilin zülmlərini yaşadıq.
Yaşam fəlsəfəsi. Xəritəmiz tariximizdir. Bu gün xəritəmizə baxanda utanıram, elə bil qurd tut yarpağını yeyibdir. Cavid Qurbanov da bu sözü dedi. Əvvəllər torpaqlarımız sərhəddən yeyilirdi. İndi ermənilər içəridən gəmirirlər. İnsan doğulandır, öləndir. Nəyi kimə qurban verməliyik? Ölən ölməzə qurban verilməlidir. Döyüşüb ölməliydik, torpağı verməməliydik. Kəlbəcərlilər uzun illər dövlətə vergi ödəmişlər ki, yeri gələndə dövlət onu qorusun. Amma qorumadı. Çünki, o dövlət doğma deyildir...
Bəzilərimiz deyirik: Qarabağ qayıdanda qurban kəsəcəm. Özümüzü qurban verməsək, Qarabağın qayıtması çətindir."

BDU, 20.04.18

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar