Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sizdə kişilik, namus heçmi qalmayıb? - Sabir Rüstəmxanlı od püskürdü

Tarix: 10-10-2016 11:36     Baxış: 4592 A- / A+
Sizdə kişilik, namus heçmi qalmayıb?

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə sabiq müşaviri Turqut Ərlə Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı arasında söz davası vaş verib.

Manevr.az Modern.az-a istinadla xəbər verir ki, qalmaqala səbəb Turqut Ərin xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı haqqında Feysbukda müzakirə başlatmasıdır.

Turqut Ər Tənzilə Rüstəmxanlını azərbaycanlıların milliyətini “azəri” olaraq göstərməkdə, Türkiyədə və Azərbaycanda bir-birinin əksi olan çıxışlar etməkdə, eks-prezident Elçibəyi pisləməkdə, Bəylər Eyyubovla qohum olmaqda, Azərbaycanın hazırki iqtidarını dəstəkləməkdə qınayıb.

Turqut Ərin müzakirəsinə qoşulan bəzi ictimai-siyası fəallar da yazdıqları şərhlərlə eks-səfirə dəstək veriblər.

Xalq şairi Sabir Rüstəmxanlı isə olaydan çox qəzəblənib. O, müzakirələrə qoşulan kişiləri bir xanım haqqında qeybət etməkdə suçlayıb, eyni zamanda Turqut Ərə hiddətlənərək, onu Tənzilə Rüstəmxanlı haqqında yazdığı statusa görə sərt tənqid edib.

“Heçmi kişilik, namus, ədalət, milli qeyrət qalmayıb sizlərdə? Siz milli azadlıq hərəkatını, Azərbaycanın indiki durumunu, türk dünyasının problemlərini, Elçibəyi və ona xəyanət edənləri, Heydər Əliyevi və onun komandasını nə qədər müzakirə edirsiniz, edin. Bunun mənim xanımıma, mənə və aiddiyyəti?

Kişi də millətinin hər halda müəyyən xidmətləri olmuş bir şəxsinin qadını haqqında kişiyə yaraşmayan yalanları uc-uca calayıb bu qədər çirkaba batar? Bu küçə dedi-qodularını, arvad qeybətlərini özünüzə necə yaraşdırırsınız. Məni təəccübləndirən bu ağız-ağıza vermiş sürünün içində tanıdığım və yanlış olaraq adam saydığım birilərinin olması və bu təhqirlərə cavab verməmələri və ya axına qoşulmalarıdır. Siz heç min nəfər də sizin kimilər yığışsa, mənim millətimin mədəniyyəti, mətbuatı, ədəbiyyatı, mənəvi dünyası üçün elədiklərimin onda birini edə bilməzsiniz. Sizi yandıran budur.

Mənim iradım Turqut Ərə və onun yarıermənicə yazılmış mətninədir. Turqut bəy, sən mənim xanımıma verdiyin birinci sualı öncə 80 milyonluq Türkiyəyə sor. Sor ki, Azərbaycan türklərinə niyə “azəri” deyirlər? Sən hələ uşaq olanda mən Azərbaycan və Türkiyədə eyni bir millətin yaşadığını, hər ikimizin türk olduğumuzu dəfələrlə yazmışam. Bununla belə, “azəri” də bizə yabançı deyil və ən əski türk boylarından birinin adıdır. Vaxtilə, yəni sovet dönəmində Azərbaycan Milli Ensiklopediyası “Azəri Milli Ensiklopediyası” adı altında çıxdığından millətçilik damğası vurub bu ada görə kitabı yasaqlamışdılar. İmkanın var, bizə “azəri” deyən bütün dünyanı susdur, görüm necə susdurursan.

İkincisi, biz kiminlə qohum olub, kiminlə olmadığımız barədə heç kimə hesabat vermirik. Çünki bu heç nəyi dəyişmir. İnsanı qohumluğuna görə yox, işinə görə qiymətləndirərlər. Bu mağara psixologiyasının vaxtı çoxdan keçib. Və məni də sənin kimlərlə qohum olmağın qətiyyən maraqlandırmır.

Üçüncüsü, sən diplomatiyanı yaxşı bilirsən. Böhtan atma! Biz Türkiyədə heç vaxt Elcibəyin əleyhinə söz deməmişik. Ən azı ona görə ki, biz Elçibəylə yaxın dost, sirdaş olmuşuq və Türkiyədə bunu hər kəs bilir. Elçibəyi guya bizdən çox istəyənlərə məsləhət görərdim ki, mənim "Dərdə əyilmə" kitabımda "Elçibəyin xəstəliyi" məqaləsini oxusunlar. Elçibəyi bizdən yox, yalançı elçibəyçilərdən və onun adıyla alver edənlərdən qorumaq lazımdır.

Mən kimin kimliyini bəlkə də hamıdan yaxşı bilirəm. Ancaq tarix haqqında danışmaq o qədər də sadə iş deyil. Gərək heç kimin haqqını başqasına yedirtməyəsən.Yaxşı ki, mən çəkinmədən o illərin bütün olaylarını yazmış və çap etdirmişəm.

Bizim Türkiyədəki bütün görüşlərimizin, televiziya çıxışlarımızın lent yazıları saxlanılır və bir surəti də bizdədir. Mənim və ailəmizin heç vaxt Türkiyədən heç bir umacağım olmayıb və yoxdur. Bizi başqalarıyla qarışdırmayın. Əksinə, mən indiyədək Türkiyədən ən azı 50 gəncin oxumasına yardımçı olmuşam. Bir neçə il öz partiya qərərgahımın bir hissəsini türkiyəli öyrəncilərə yurd olaraq vermişəm. Parasız. Bir daha deyirəm, əvəzində Türkiyədən heç nə gözləməmişəm, hətta hər hansı kitabımın nəşrini də. Məni yaxşı tanıyan bir insanın bizi mədhiyyəçi sayması onu göstərir ki, o, qərəzli və havadan danışır. Mənim yoldaşımın hakimiyyəti mədh etməsini hansı əsasla deyirsən?

O deyib ki, ölkə dağılmaq təhlükəsiylə üz-üzə qalanda Heydər Əliyev ölkəni xilas etdi. Budurmu mədhiyyə? Elçibəyi sevirsinizsə, onun qərarına da sayğı göstərin, çünki doğrudan da ölkənin ağır günlərində Heydər Əliyevi o, özü dəvət etdi. Biz tarixdə eşələnməkdənsə, hər birinin öz xidmətləri olmuş insanlarımıza müxtəlif damğalar vurmaqdansa, gələcəyəməzi düşünməliyik. Təəssüf ki, bu cür dedi-qodular bizi parçalayır və dolayı yolla erməni dəyirmanına su tökür. Bir daha belə çirkablara cavab vermək niyyətim yoxdur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar