Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Astan Şahverdiyevi deputat həmkarı öldürüb? - FAKT

Tarix: 17-04-2018 09:29     Baxış: 2640 A- / A+
Astan Şahverdiyevi deputat həmkarı öldürüb? - FAKT


Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev mətbuata açıqlamasında deputat həmkarı Astan Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb.

A.Abıyevin bu açıqlamasından sonra onun vaxtilə A.Şahverdiyevlə bağlı dediyi sərt sözlər gündəmə gəlib.

Abıyev hələ ötən il A.Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsi haqqında yayılan məlumatları “cəfəngiyyat” adlandırmasından sonra onun ünvanına bu sözləri demişdi:

“Adama deyərlər, sən öz işindən danış da! Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?!”

O, başqa bir açıqlamasında Şahverdiyevi deputat mandatının əlindən alınacağı ilə hədələmişdi.

Abıyev növbəti açıqlamasında Milli Məclisin İntizam Komissiyasının rəhbərliyindən getməsinin Astan Şahverdiyevlə bağlı olub-olmamasını soruşan jurnalistə də “Astan kimdir ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?” demişdi.

Xatırladaq ki, A.Şahverdiyevin ölümündən sonra başsalığı verən Ağacan Abıyev mərhum deputatı "yaxın dostu" adlandıraraq, bu sözlərlə jurnalistləri ittiham edib:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyildi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər ona hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı”.

A.Əbiyevin bu sözlərindən belə çıxır ki, əslində, onun ölümündə günahkar olanların başında Ağacan Abıyevin özü gəlir. Çünki bu gün "yaxın dost" dediyi adamı heç də jurnalistlərdən daha yumşaq tənqid etməyib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar