Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İkinci “Raquf Orucov Kuboku” uğrunda cüdo yarışı keçiriləcək

Tarix: 16-04-2018 22:28     Baxış: 2279 A- / A+
İkinci “Raquf Orucov Kuboku” uğrunda cüdo yarışı keçiriləcək
Düşmən təxribatının qarşını almaq üçün Azərbaycan Ordusunun 2016-cı ilin aprelində keçirdiyi uğurlu döyüş əməliyyatları müasir hərb tariximizin şanlı səhifəsidir. Bu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi Azərbaycan bayrağı dalğalanır.
Qələbə uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, onların qəhrəmanlıq nümunəsi gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Şərəfli zabit ömrü yaşamış və Aprel döyüşlərində şəhid olmuş əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov da belə qəhrəmanlardandır.

Manevr.az xəbər verir ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubu bu il aprelin 19-da Bakı İdman Sarayında Raquf Orucov və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri keçirəcəkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq turnirdə yaşı 21-dək (U-21) olan, 1998-2003-cü il təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər.

İkinci “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") turnirində Bakı şəhərini və bölgələimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandalarının iştirakı gözlənilir.

Yarışlarasəhər saat 10.00-da start veriləcəkdir. Turnirin rəsmi açılış mərasimi saat 17.00-da olacaq, sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcəkdir. Turnirin rəsmi informasiya dəstəkçisi CBC TV və “Asan-Radio”dur.Turnirin rəsmi açılışı və final görüşləri CBC-sport kanalında yayımlanacaq, yarışlar haqqında operativ məlumatlar “Asan-Radio”da səsləndiriləcəkdir.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Manevr.az

İkinci “Raquf Orucov Kuboku” uğrunda cüdo yarışı keçiriləcək

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar