Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...

Tarix: 16-04-2018 18:49     Baxış: 3299 A- / A+
Nazirlər təlaşda: onlar yeni komandada olmayacaq...


Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Konstitusiya Məhkəməsi Plenumu isə sabah - arelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib.

İstisna olunmur ki, Konstitusiya Məhkəməsi Plenumu sabah seçkinin nəticələrini təsdiqləyəcək.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.

Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Yuxarı dairələrə yaxın mənbənin modern.az-a verdiyi məlumata görə, yeni formalaşacaq iqtidar komandasının tərkibində xeyli dəyişiklik ediləcək.

Hətta bu dəyişikliklərə işarə kimi mətbuatda da silsilə yazılar tirajlanmaqdadır. Bu baxımdan rəhbər vəzifədə olan şəxslərin ayrı-ayrı nazirlikləri və nazirləri tənqid etməsinin təsadüfi olmadığı deyilir.

Bildirilir ki, adları rüşvət və korrupsiya faktlarında, qalmaqallarda hallanan, xalqı talayan, reputasiyası korlanmış nazirlərə "qırmızı kart” göstəriləcək. Hətta bununla bağlı nazirlərə xəbərdarlıq edildiyi də vurğulanır. Yüksək postu tutan şəxslərin "qırmızı kart” görməmək üçün müxtəlif vasitələrə əl atdıqları gələn söyləntilər arasındadır. Amma mənbə bildirir ki, tənqidlərdən nəticə çıxarmayanlar, yeni komandada istənilməyən şəxslər iradələrindən asılı olmayaraq "oyundankənar vəziyyət”ə salınacaq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar