Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəzakət Məmmədova: "ATƏT Soyuq müharibə dövrünün qalığı olan, qeyri-effektiv təşkilatdır"

Tarix: 13-04-2018 19:09     Baxış: 11 051 A- / A+
Nəzakət Məmmədova: "ATƏT Soyuq müharibə dövrünün qalığı olan, qeyri-effektiv təşkilatdır"



"Heç ATƏT-i yaradan dövlətlər, məsələn, ABŞ onu özündə keçirilən seçkilərə buraxmır."


Bu sözləri Manevr.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.

"Bu təşkilat separatçılarla, işğalçılarla əməkdaşlıq edir", deyə Nəzakət Məmmədova fikrini davam etdirib:

"ATƏT-in müşahidə missiyasının seçkilərin nəticələrinə dair rəyini obyektiv hesab etmirəm. Buna bir çox əsaslar var. Seçkiləri 60 ölkəni təmsil edən 900-ə yaxın müşahidəçinin, ümumilikdə isə 60 min nəfər yerli və beynəlxalq müşahidəçilərin olmasına baxmayaraq, ATƏT və Avropa Şurasının seçki müşahidə missiyaları belə bir ədalətsiz, qərəzli mövqe nümayiş etdirdilər. Bunun da bir sıra səbəbləri var. Əvvəla, bu təşkilatlar özləri müstəqil deyillər. Müəyyən dairələrin sifarişlərini yerinə yetirirlər. Onlar üçün seçkinin necə keçirilməsi önəmli deyil, hər hansı dövlətə münasibətlərini ortaya qoymaq üçün seçkilər sadəcə bir vasitədir. Bunlar korrupsiyalaşmış, artiq beynəlxalq münasibətlər sistemində öz əhəmiyyətini itirmiş təşkilatlardır. ATƏT yarandığı vaxtdan bəri hansı münaqişənin effektiv şəkildə həllinə nail olub, hansı ölkələrdə demokratikləşmə mühitinə yardımçı olub?! Təşkilatın uğurlarından daha çox, uğursuzluqları, adının ətrafında qalmaqallar baş verib. Bu təşkilatlar suveren dövlətlərə təzyiq vasitəsindən başqa bir şey deyil. Heç ATƏT-i yaradan dövlətlər, məsələn ABŞ onu özündə keçirilən seçkilərə buraxmır. Bu təşkilat separatçılarla, işğalçılarla əməkdaşlıq edir. Məsələn, Ukraynada Donetsk və Luqanskda bəzi belə hallar baş vermişdi. BMT kimi ATƏT, Avropa Şurası da artıq ya islah olunmalı, ya da əvəzində yenisi yaradılmalıdır. Azərbaycan əhalisi savadlı, dünyəvi təfəkkürə malik, azad insanlardır. Ancaq bu təşkilatlar elə qeyd edirlər ki, guya hansısa ucqar, demokratiyadan uzaq bir ölkədən danışırlar. Halbuki, onların özlərinin təmsil etdikləri ölkələrdə daima seçkilərdə saxtakarlıq, demokratiyanın pozulması baş verib. Məsələn, onlardan biri Yeqor Tulçinov bolqardır. Mən bir şəxsə görə bir ölkəni mənfi səciyyələndirmək tərəfdarı deyiləm. Lakin Bolqarıstan SSRİ-nin əlaltısı olan ölkə olub. Bolqarıstanda milli azlıqların, o cümlədən türklərin hüquqları daima pozulub. Baxmayaraq ki, onlar əsrlər boyu Osmanlının müstəmləkəsi olublar. Sovet kəşfiyyatı ən çirkli işlərini, sui-qəsdləri bolqar kəşfiyyatının əli ilə görüblər. İndi də Bolqarıstan Avropanın ən kasıb, geridə qalmış ölkələrindən biridir. Təsəvvür edin ki, belə bir ölkədən çıxan adam indi gəlib ATƏT-də oturub Azərbaycandakı seçkilər haqda tənqidi rəy yazır. Müşahidə missiyasının digər üzvləri haqda da oxşar fikirlər səsləndirmək olar. Avropanın hansı ölkəsi, baxmayaraq ki, əsrlərdir demokratik inkişaf yolu keçirlər ideal seçki keçirə biliblər?! İtaliyada indi də mafiya seçiciləri pulla ələ alır, Almaniyada hökumət seçkilərinə, İngiltərədə Brexitə, İspaniyada Kataloniya referendumuna hələ də müdaxilələr olur. Belə bir şəraitdə, seçkilərin gedişatına həlledici təsir etməyən, xırda texniki qüsurları qabartmaq qərəzli münasibətdən başqa bir şey deyil. Üstəlik, rəyin mətninin seçkilərin başa çatmasından çox əvvəl hazırlanması ATƏT-in nüfuzuna böyük xələl gətirən hadisə oldu."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar