Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov mənə ev verib - Kəramət Böyükçöldən AÇIQLAMA

Tarix: 13-04-2018 16:29     Baxış: 3341 A- / A+
Cavid Qurbanov mənə ev verib - Kəramət Böyükçöldən AÇIQLAMA


Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan məlumata görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov gənc yazar Kəramət Böyükçölə ev bağışlayıb.

Lakin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti bəyanat yayaraq belə bir hadisənin olmadığını bildirib.

Kəramət Böyükçöl lent.az-a açıqlamasında ona ev bağışlanıldığını təsdiq edib:

“Mənə həqiqətən də Həzi Aslanov metrosunun yaxınlığında ev veriblər. Evi verən adamın adı Cavid, soyadı Qurbanovdur. Ancaq bu, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov deyil. Fransada yaşayan bir iş adamıdır. Mənim “Səkkizinci gün” romanımı oxuyub bir ay bundan qabaq zəng eləmişdi. Bir həftə əvvəl isə mənimlə görüşdü və mənə ev bağışladı. Qəribədir ki, bu söhbəti bir mən, bir həmin adam, bir də bizim ailəmiz bilir. Əminəm, nə həmin adam bu barədə hardasa danışar, nə də ailə üzvlərimizdən hər hansı biri. Xəbərin sosial şəbəkələrə çıxmasına məəttəl qalmışam.”

Daha sonra gənc yazar bunları deyib:

“Bir də ona məəttələm ki, bir yazıçının ev almasına niyə bu qədər narahat olurlar? Göbəyiaçıq müğənnilərə, şou-biznes nümayəndələrinə ev verəndə olur, yazıçıya olmur?”

Kəramət Böyükçöl Feysbuk hesabının bağlanmasını da oğlunun səhhəti ilə əlaqələndirib: “Oğlum əməliyyat olunmalıdır. Ona görə də sosial şəbəkələrdəki fəaliyyətimə ara vermişəm.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar