Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlayıb? - Rəsmi cavab

Tarix: 12-04-2018 19:57     Baxış: 2638 A- / A+
Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlayıb? - Rəsmi cavab

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Manevr.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumata görə, bu deyilənlər həqiqəti əks etdirmir:

"Son günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılır.

Məlumat üçün bildiririk ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Qeyd edim ki, Dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılmışdır. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir.

Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılmışdır. O zaman Cavid Qurbanov bildirmişdir ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir.

Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyatı yoxdur, Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb. Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur.

Son olaraq bildirirəm ki, KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar