Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya ABŞ raketlərini vurmağa hazırlaşır - Bacaracaqmı?

Tarix: 12-04-2018 14:04     Baxış: 2361 A- / A+
Rusiya ABŞ raketlərini vurmağa hazırlaşır - Bacaracaqmı?


Rusiyanın SSRİ-nin mənəvi-siyasi mirası üzərində qurulmuş daxili və xarici siyasəti üçün müharibə amili və bu amil üzərində həyata keçirilən ultrapatriotizm siyasəti bu ölkədə ictimai rəyi yönləndirmək üçün çox böyük əhəmiyyət kəsb edir. Son illərdə isə bu amil aparıcı xəttə çevrilib.

Bu sözləri analitik Elçin Mirzəbəyli Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin ABŞ-ın Suriyaya atacağı raketləri dərhal vuracaqları ilə bağlı bəyanatını şərh edərkən deyib. O bildirib ki, müharibə ehtimalını daha çox Rusiya ekspertləri dilə gətirir:
“Rusiyada ictimai rəyi bu istiqamətə yönləndirmək üçün bu ölkənin kütləvi informasiya vasitələri ABŞ-la Rusiya arasında müharibənin baş verə biləcəyi ehtimalını daha çox qabardır. Bu da şübhəsiz ki, məqsədyönlüdür. Çünki xarici düşmən və müharibə amili çox ciddi birləşdirici, həm də kənar meyillərdən çəkindirici amildir. Sanksiyaların ölkə iqtisadiyyatını çökdürdüyü bir dövrdə isə mövcud Rusiya hakimiyyətinin xalqa verə biləcəyi başqa alternativlər yoxdur. İnsanlara “yaxşı həyat” əvəzinə dünyanı dağıda biləcək “yaxşı silah” vəd olunur. Göründüyü kimi, bu amil hələ də Rusiya cəmiyyəti üçün keçərlidir və Putin hakimiyyəti də bundan məharətlə istifadə edir”.
Analitik qeyd edib ki, proseslərin lokal qarşıdurmalara gətirib çıxara biləcəyi mümkündür:
“Əgər Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi uzun müddət qoruyub saxlaya bilməsə, o zaman hərbi provakasiyalarla təbliğatın effektini gücləndirməyə can ata bilər. Amma reallıq ondan ibarətdir ki, bu gün “yaxşı silah” haqqında nağıllarla qlobal iqtisadi proseslərin qarşısını ala bilməzsən. Trampın vergi siyasəti ABŞ iqtisadiyyatını xeyli gücləndirib. Ölkəyə yatırılan investisiyaların həcmi ən yüksək həddə çatıb. Vaxtilə daha ucuz işçi qüvvəsi və əlverişli vergi sisteminə görə ABŞ-ı tərk edən yerli şirkətlər də artıq geriyə qayıtmağa başlayıblar. Rusiyada isə bu proses əks istiqamətdə cərəyan edir. Bu səbəbdən də Kremlin silah və patriotizm təbliğatının uzun müddət effektli olacağını düşünmürəm”.
E.Mirzəbəyli vurğulayıb ki, S-400 zenit raket kompleksidir və hava hücumundan müdafiə üçün nəzərdə tutulub:
“Bu kompleks NATO-nun “Patriot” kompleksinin alternatividir. Amma biz Suriyada Rusiya hərbi texnikasının ABŞ-ın “Tomahavk” qanadlı raketlərinin qarşısında necə aciz durumda olduğunun şahidi olmuşuq. Təbii ki, bu məsələ ətrafında ciddi müqayisə aparmaq üçün nəinki hərbi mütəxəssis olmaq, hətta Hava Hücumundan Müdafiə sistemləri üzrə ciddi informasiyaya malik olmaq da yetərli deyil. Hərbi mütəxəssis olmasam da, faktlara əsaslanıram. Suriya hökumət qüvvələrinin, əslində isə Rusiyanın nəzarətində olan Şayrat aviabazasının taleyi düşünürəm ki, hər kəsin yadındadır”.
Qeyd edək ki, Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan “Manar” kanalına müsahibəsində ABŞ-ın Suriyaya atacağı raketlərin dərhal vurulacağını bildirib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar