Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda tapıldı

Tarix: 11-04-2018 21:49     Baxış: 4342 A- / A+
Yevlaxda itkin düşən şəxsin meyiti Göyçayda tapıldı



Göyçay rayonunda kanaldan meyiti tapılan şəxsin kimliyi məlum olub.


Manevr.az
-ın xəbərinə görə, bu gün axşam saatlarında Yuxarı Şirvan kanalının Göyçayın Cəyirli kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb. Kənd sakinləri kanalda meyitin olması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər.


Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti sudan çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil veriblər. Araşdırma zamanı məlum olub ki, ölən şəxs Laçın rayon sakini, Yevlaxın Xaldan qəsəbəsində məskunlaşan 1981-ci il təvəllüdlü Heydərov Ağa Yavər oğludur. Ağa Heydərov 25 gün əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Onun ailə üzvlərinin müraciəti əsasında Yevlax rayon Polis Şöbəsi tərəfindən itkin düşən şəxs kimi qeydiyyata alınan A.Heydərovun axtarışına başlanılıb.

Məlum olub ki, Ağa Heydərov Xaldan qəsəbəsindən keçən Yuxarı Şirvan kanalına özünü ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar