Xəbər lenti
Ərdoğan Putinlə görüşdü - VİDEO

Bir az əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində prezident Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Məlum təyyarə olayından 268 gün sonra baş tutan ilk görüş olduqca isti mesajlarla diqqət çəkib.
Putin bildirib ki, son illərdə ikitərəfli münasibətlər olduqca həssas dönəmdən keçib. «Keçən il rus əsgərlərinin öldürülməsindən sonra münasibətlərimiz aşağı səviyyədə idi. Türkiyənin çətin günlərində bura gəlməyiniz hər iki tərəfin münasibətləri normallaşdırmaq istəyini göstərir».
Görüşün hər iki ölkənin xeyrinə olduğunu bildirən Putin daha sonra əlavə edib ki, hərbi çevriliş cəhdini ilk olaraq pisləyənlərdən biri olub. O hər cür çevriliş cəhdinə qarşı olduqlarını vurğulayıb.
Ərdoğan isə dəvət üçün Rusiya prezidentinə minnətdarlıq edib. «Naxoş olaylardan sonra sürətlə bir araya gəldik. İnanıram ki, atacağımız addımlarla fərqli bir sürəc içinə girəcəyik. Çevrliş cəhdi zamanı sizin bizi aramağınız həm hökuməti, həm də xalqımızı məmnun edib. Bu ziyarətlə bərabər sırası bizdə olan yüksək dövlət şuralarının toplanmasını başlamaqdan da məmnunuq. Bizim birliymiz regiondakı problemlərin həllinə də müsbət təsir göstərəcək» deyə Ərdoğan vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar