Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Ədəbiyyat istedadsız adamın içindəki ağrıları çəkməkdir"-BAXIŞ

Tarix: 08-04-2018 21:26     Baxış: 1484 A- / A+
"Ədəbiyyat istedadsız adamın içindəki ağrıları çəkməkdir"-BAXIŞ

Ədəbiyyatın bu günündə təsəllimiz sıfırın yoxa bərabər olmamasındadır. Təbii ki, uğurlu misralar yazan yazarlarımız da az deyil, ancaq çox təssüflər olsun ki, bu uğurlu misraların gücü büt yaratmağa çatır ədəbiyyat yox. Bəşəri düşüncədən bəh-bəhlə danışan bəzi yazarların canavar sərhədləri var.
Üç-üç, beş-beş bölüşdürdükləri əraziləri öz düşüncəsindəki düşərgələrdə yaşamağa xidmət edir. Bu günün ədəbiyyatında ən ağrılı məqamlardan biri də müqayisə predimentidir.
Bu şeir, hekayə belədir ki, hər hansısa bir uydurmanı doğru yollarla danışmağı özümə borc bilirəm, ancaq doğrudan da mənim həqiqi yalanım yoxdur. Ümumiyyətlə, ədəbiyyat bir başqa varlığa dil açmağa kömək edə bilmirsə, biz hansı müqayisələri aparırıq? Müqayisə özünü razı salmaqdan ötrü seçilən ən son yoldur axı...
Görünür bizim üçün mövcud aforizmlər yaşlanmayıb. "Qadın kişinin vətənidir", yaxud "Mən bir qadın uğrunda mübarizəyə başladım və sonra bunu vətənimin bütövlüyü olduğunu başa düşdüm.
Hə, əlbəttə, hər iki bədii mətn feminist nəzərləriylə gözəldir. Ancaq mahiyyət etibarıyla hər iki ifadə bir fikrin köküdür. Göründüyü kimi, bu bir ağacın kökündəki irşələrə bənzəyir və yalnız mövcud ağacın gövdəsini gücləndirməyə xidmət edir. Sənətin ciddiliyin başqalarından öyrənən özünü yarada bilməz, desəm bəlkə də yanılmaram. (Kiminsə yeriyən divarları yoxdur, şübhəsiz hər bir yaradıcı adam söykənəcəyi yerdən duruş gətirir). Əksinə, bunu hər kəs bacara bilər, düşünsəm, bəlkə də sənətə açılan yol ola bilərdim..Çünki Sənətin deyil, insanın böyük olduğunu düşünən yaradıcıdır. İnsanınsa hər iki üzü yaradıcı ola bilməsi mümkünsüz görünür və çox qəribədir ki, insan çox hallarda istedadsız tərəfindən yararlanmağa çalışır...Bəlkə də ədəbiyyat istedadsız adamın içindəki ağrıları çəkməkdir. Bəlkə də ədəbiyyat qeyri-səmimi istedaddır, bilmirəm. Şeir ilahi qüvvə deyil, Yollar səndən başlayır, ancaq səndən bitməyəndir...
Şeir doğulmalıdır, fikrinə gəldikdə isə, gərək Quran kitabını 40 il işləyən Məhəmməd peyğəmbər inandırsın məni. Şeir işlənməlidir, dostum... Yaxşı şeir müəllifin tanıtmaz. Ən çox uğursuz şeirlər müəllifi tanıdır... Gəlin, büt olmaqdan qurtulaq, dostlar. Ədəbiyyat adından bütün bütlərə səcdə edirəm, səcdələrinə gedə bilmədiyim dostlar da gərək məni bağışlasınlar!

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar