Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

''Cəsarətiniz varsa məni devirin...'' - Filippin prezidenti ABŞ-a meydan oxudu

Tarix: 08-10-2016 15:33     Baxış: 4519 A- / A+
''Cəsarətiniz varsa məni devirin...''



Filippin prezidenti Rodriqo Duterte hakimiyyətə gəlməsinin 100-cü günündə etdiyi çıxışında ABŞ-a meydan oxuyub.

Avropa.info xəbər verir ki, ABŞ-ın onun narkotik ticarətçilərinə və istifadəçilərinə qarşı tətbiq etdiyi sərt tədbirləri tənqid edən bəyanatlarına kəskin reaksiya verib.

"Bizimlə ayaqaltı kimi rəftar edə bilməzsiniz. Əks halda peşman olarsınız. Söylədiklərinizə fikir verin, əks halda Filippini itirərsiniz. Məni Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsi ilə devirmək istəyirsiniz? Cəsarətiniz varsa edin. Şərəfimi, həyatımı və başımı heçə saymış biriyəm. Başıma nə gəlsə, qədərdən başqa bir şey deyil. Devirə biləcəksinizsə, bu da prezidentliyimin bir hissəsidir.

Biz sizin üçün özümüzü fəda etdik. Vətənimizi ələ keçirdiniz. Hələ də buradasınız. Sizə görə 2-ci Dünya Müharibəsində çox acılar çəkdik. Sizin üzünüzdən 200 min filippinli həyatını itirdi" deyə Rodriqo Duterte qeyd edib.

Prezident kürsüsündə bu ilin 30 iyununda oturan Duterteni xüsusilə narkotik ticarətə qarşı sərt tədbirlər görməsinə görə tənqid edirlər.

Dutertenin hakimiyyətə gəldiyi gündən bu yana 3 mindən çox narkotikdə şübhəli bilinən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü deyilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar