Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bədii söz – məna ocağının közləri”– Rafiq Yusifoğlunun yeni kitabı nəşr edilib

Tarix: 07-04-2018 20:44     Baxış: 21 139 A- / A+
“Bədii söz – məna ocağının közləri”– Rafiq Yusifoğlunun yeni kitabı nəşr edilib


Görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılığa malik bir qələm sahibidir. O, bənzərsiz şair olduğu kimi, bənzərsiz də bir ədəbiyyatşünasdır. Bu zəhmətkeş və istedadlı alimin bədii mətni təhlil və dəyərləndirmə üslubu əhəmiyyətli dərəcədə seçilir. Bütün bunlar Rafiq müəllimin həm nəzəri hazırlığı, həm şairliyi, həm də pedaqoqluğu ilə birbaşa əlaqəlidir. Elə Rafiq Yusifoğlunun yenicə çapdan çıxan kitabı da dediyimizi əyani şəkildə sübut eləyir. Bu sanballı, 528 səhifəlik məqalələr kitabının adı belə poetikdir: “Bədii söz – məna ocağının közləri” (Baki, ADPU, 2018).
Manevr.az xəbər verir ki, kitabın “Poetık söz və onun məna çalarları” adlı birinci bölməsində sənətkarlıq məsələləri ilə bağlı məqalələr toplanmışdır. “Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər”, “Bədii sözün hərarəti”, “Situasiya insanın daxili dünyasını açmaq vasitəsi kimi”, “Azərbaycan xalq mahnılarında obrazlar sistemi”, “Xalq bayatılarında peyzaj”, “Aşıq Ələsgər yaradıcılığında peyzaj və portret cizgiləri”, “Mirzə Fətəli Axundovun “Şərq poeması”nın janr xüsusiyyətləri”, “Cəfər Cabbarlı və lirika”, “Mikayıl Müşfiq yaradıcılığı və folklor”, “Heydərbabaya salam” poeması haqqına bir neçə söz” və sair bu kimi məqalələr bədii təhlil orijinallığı ilə seçilir.
“Tariximiz və bu günümüz” adlı bölmədə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi görkəmli ziyalılarımızın yaradıcılıgı, cəmiyyət haqda fikir və mülahizələri bu günün rallığı və problərin oxşarlığı prizmasından tədqiqata cəlb edilir.
Kitabda müəllifin ədəbiyyatşünaslıq elminin, folklorun, uşaq ədəbiyyatının yaradıcılıq problemləri ilə bağlı məqalələri ilə yanaşı, ayrı-ayrı tanınmş şair və yazıçıların əsərləri də bədii təhlilə cəlb olunur. Rəsul Rza, İsmayıl Şıxlı, Bayram Bayramov, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Teymur Elçin, Mirmehdi Seyidzadə və sair bu kimi qələm sahiblərinin yaradıcılığı araşdırma obyektinə çevrilir. Müəllifin görkəmli ədəbiyyatşünas alimlərdən Yaşar Qarayev, Bəkir Nəbiyev və Əhəd Hüseynov haqqında məqalələri də maraqlıdır.
Rafiq Yusifoğlunun kitabının dünya ədəbiyyatına həsr olunan bölməsində toplanan məqalələrdə Ernest Heminquey, Teador Drayzer, Çingiz Aytmatov, Orxan Pamuk, Pulo Koelyo, Pamela Trevers, İvan Draç və başqalarının yaradcılıgindakı ən önəmlə cəhətlər bədii təhlil süzgəcindən keçirilir. Müəllifin qədim yunan və roma ədəbiyyatı, eləcə də, Britaniya uşaq ədəbiyyatı ilə bağlı maqalələri də maraqlıdır, elmi informasiya ilə zəngindir.
“Gəlimli-gedimli” dünya adlı bölmədə müəllifin R.Rza, X.Əlibəyli, V.İbrahim, H.Kürdoğlu, M.Fərrux, A.Mansurzadə haqqında yazdığı məqalələr toplanmışdır.
Məqalələr məcmuəsində həmçinin Hikmət Ziya, Tofiq Mahmud və Xasay Cahangirovun seçilmiş əsərlərinə yazılmış ön sözlərin daxil edilməsi də təqdirəlayiqlir.
İnanırıq ki, Rafiq Yusifoğlunu sənətkarlıq problərinə həsr olunan “Bədii söz – məna ocağının közləri” adlı sanballı məqalələr kitabından müəllimlər, doktorantlar, magistrantlar, tələbələr, qələm adamları, eləcə də bütün ədəbiyyat həvəskarları bəhrələnəcəklər. Necə deyərlər, məna ocağının közlərinin neçə-neçə üşüyən qəlbi isidəcəyinə inanır, yorulmaq bilmədən yazıb yaradan görkəmli şairimizə, alimimizə can cağlıgı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar