Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı

Tarix: 06-04-2018 09:35     Baxış: 2331 A- / A+
Nazirlər Kabinetinin səlahiyyəti azaldıldı


Nazirlər Kabineti "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib.

Manevr.az xəbər verir ki, Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.

Dəyişikliyə əsasən, artıq bu halda Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.

Mövcud Qaydaya görə, Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə də Nazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar