Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB! – Dəyişdiriləcəkləri anons olunur?!

Tarix: 04-04-2018 04:13     Baxış: 2291 A- / A+
İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB!

Azərbaycanda aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsinə artıq günlər qalıb. Hazırda prezidentliyə namizədlər, cəmiyyətdə hiss olunmasa da, təbliğat kampaniyası mərhələsindədirlər. İctimai Televiziyada prezidentliyə namizədlərin teledebatları olmasa (baxmayaraq ki, bəziləri əvvəlki kimi boş monoloqları, bəziləri ikrah doğuran tərbiyəsiz, səviyyəsiz açıqlamaları ilə yadda qalır), yəqin ki, 2 həftədən sonra ölkədə prezident seçkilərinin keçiriləcəyini heç kim hiss etməz. Bunun əsas səbəblərindən biri də təbii ki, prezident seçkilərinin nəticələrinin hamı üçün aydın olması, hazırki Prezident İlham Əliyevin daha 7 il üçün mandat alacağına heç kimin şübhəsinin olmamasıdır.

Buna görə də, indi hər kəs aprelin 11-də kimin prezident seçiləcəyini deyil, seçkidən sonra Prezident Əliyevin hakim komandada hansı dəyişiklikləri həyata keçirəcəyini gözləyir. Bu haqda saytımızda geniş yazı dərc olunduğundan (bax: KÖHNƏ PREZİDENT, YENİ KOMANDA: KİMLƏR GEDƏCƏK?) təkrarlamaq istəmirik.
Sadəcə xatırladaq ki, bəzi ekspertlər, hətta hakimiyyət təmsilçləri seçkilərin təxminən, 7 ay irəli çəkilməsini məhz hakim komandada hər kəsin gözlədiyi ciddi kadr dəyişikliklərini sürətləndirmək niyyəti ilə bağlayırlar. Belə ki, Prezident and içdikdən dərhal sonra bütün hökumət üzvləri avtomatik istefaya getmiş hesab olunurlar. Prezident Əliyevin də planlaşdırılan kadr və struktur islahatlarını daha ağrısız, sürətli və kütləvi şəkildə reallaşdırmaq imkanı əldə etmək üçün seçkilərin tarixini irəli çəkdiyi ehtimal olunur. Hər halda əsas səbəblərdən biri kimi bu göstərilir.

Kimlərin vəzifədən çıxarılacağı, hansı qurumların birləşdirilərək və ya ləğv edilərək, bu yolla kimlərin hakim komandadan kənarda saxlanacağı Prezidentin səlahiyyətində olduğundan, əvvəlcədən qəti fikir söyləmək çətindir. Bu üzdən ötən yazımızda da mötəbər mənbələrdən daxil olan məlumatları, hökumət dəhlizlərində gedən söhbətləri, eləcə də hakimiyyət daxilində gedən prosesləri təhlil edərək, 11 apreldən sonrakı kadr dəyişiklikləri ilə bağlı əsas ehtimalları önə çəkmişdik.
Ə
İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB!

Məhz hökumət daxilində yayılan məlumatlara və müşahidələrimizə əsaslanaraq, bəzi digər iqtidar mənsubları ilə yanaşı, səhiyyə naziri Oqtay Şirəliyev və kənd təsərrüfatı naziri Heydər Əsədovun seçkidən sonra hakim komandanı tərk etmə ehtimalının yüksək olduğunu bildirmişdik.

Mövzuya təkrar qayıtmağımızınn səbəbi də, məhz adlarını qeyd etdiyimiz bu nazirlərin seçkidən sonra hakim komandadan kənarda saxlanılmasına hazırlığın getdiyini göstərən yeni hadisələrin baş verməsidir.

Bu haqda danışmazdan öncə qeyd edək ki, 2005-ci ildən səhiyyə naziri vəzifəsini tutan 68 yaşlı Oqtay Şirəliyev mövcud hakimiyyətin ən uğursuz kadrlarından biri hesab olunur. Onun dövründə səhiyyə sahəsində problemlər, baş verən xoşagəlməz hallar daha da artıb, əhalinin səhiyyəyə olan inamı tamamilə sarsılıb. Bununla yanaşı nazirin özünün də səhhətində ciddi problemlərin olduğuna, səhiyyə kimi böyük bir sahəni idarə edəcək durumda olmadığına dair iddialar var. Bu üzdən də onun seçkidən sonra təşkil olunacaq yeni hökumətdə təmsil olunmasına ehtimal verilmir. Hətta hökumət dəhlizlərində artıq yeni səhiyyə naziri ilə bağlı adlar da hallanmağa başlayıb.
İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB!

Elə dünən Bakının Nizami rayonu ərazisində tikilən Bona Dea Beynəlxalq Hospitalının açılışı mərasimində səhiyyə nazirinin iştirak etməməsi də onunla bağlı qərarın artıq verildiyini göstərir. Məlum olduğu kimi, Hospitalın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Yeni səhiyyə ocağı ilə bağlı dövlət başçısına və birinci xanıma məlumatları isə Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov veriblər. Səhiyyə naziri tədbirə ümumiyətlə qatılmayıb.

Dövlət başçısının iştirak etdiyi açılışların proqramlarının əvvəlcədən tutulduğunu və bu qərarın adətən müvafiq nazirliyin rəhbərliyilə birgə verildiyini nəzərə alsaq, səhiyyə nazirinin açılışa qatılmamasını hansısa təsadüfi hadisə ilə bağlamaq doğru olmaz. Yəni, səhiyyə nazirinin açılışa qatılması istənilsəydi, bu təmin edilərdi. Deməli, sadəcə, açılışa Oqtay Şirəliyevin qatılması istənilməyib və ya buna ehtiyac duyulmayıb…

Əvvəlki illərin, daha doğrusu “məxməri yolla” işdən çıxarılan nazirlərin (Heydər Babayev, Ziya Məmədov, Səfər Əbiyev və digərləri) təcrübəsini nəzərə alsaq, bununla Oqtay Şirəliyevə “çemodanlarını toplamaq” mesajının verildiyini söyləyə bilərik. Belə ki, Prezident işdən çıxartmağı planlaşdırdığı nazirləri adətən özündən təcrid edir. Onları nə açılışlarda, nə də dövlət tədbirlərində yaxına buraxmamaqla, işindən razı olmadığını, vəzifəsindən çıxarmağı düşündüyünü açıq şəkildə biruzə verir. Görünən odur ki, Oqtay Şirəliyevlə bağlı da eyni qərar verilib…
İKİ NAZİR PREZİDENTİN ƏTRAFINDAN UZAQLAŞDIRILIB!

Ancaq yalnız onunla bağlı deyil. Kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı da eyni qərarın verildiyini ehtimal edirik. Heydər Əsədov nazir vəzifəsində yeni olsa da, rəhbərlik etdiyi sahənin problemlərindən böyük ölçüdə məlumatsız olması, hakimiyyətin aqrar sektoru inkişaf etdirmək planlarını qarşılaya bilməməsi, fermerlərin Kənd Təsərrüfatı Nazirliyindən ciddi narazılığı, eyni zamanda Ziya Məmmədovla qudalığı faktoru onun da dəyişdirilməsini bir növ zərurətə çevirib. Hökumətə yaxın mənbələrdən daxil olan məlumatlar, həmçinin bəzi müşahidələr bu zərurətin nəzərə alınacağını söyləməyə əsas verir.

Elə martın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Bərdədə Mədəniyyət Mərkəzində keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Heydər Əsədovun “kölgədə” qalması da bundan xəbər verir. Belə ki, pambıqçılığın inkişafı istiqamətlərinin, problemlərinin müzakirə olunduğu müşavirədə müvafiq rayonların icra başçıları, “Azərpambıq” MMC-nin baş direktor müavini, hətta Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etsələr də, Heydər Əsədova – kənd təsərrüfatı nazirinə çıxış üçün söz verilməyib.

Başqa sözlə, Prezident onun pambıqçılığın inkişafı ilə bağlı fikirlərinə ehtiyac duymayıb. Bu da Prezidentin ya Heydər Əsədovun fəaliyyətindən narazı qaldığını, ya da onun pambıqçılığın inkişafına dair hər hansı bir fikrə sahib olduğuna inanmadığını göstərir. Bu isə Heydər Əsədovun da etimadı itirdiyindən, hakim komandada qalma ehtimalının azaldığından xəbər verir. Seçkidən sonra onun da qudası Ziya Məmmədov kimi istirahətə göndərilmə ehtimalı böyükdür.

Gözləyək, elə də böyük zaman qalmayıb! azpolitika.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar