Xəbər lenti
DİN-dən Xocavənddə polisin bıçaqlanması xəbərinə MÜNASİBƏT
Hadisə törədən şəxs ruhi xəstədir.
Daxili İşlər Nazirliyi (DİN) Xocavənd rayonunda guya polis əməkdaşının bıçaqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Manevr.az-ın xəbərinə görə, DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə milli.az-ın sorğusuna cavab olaraq 31.03.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda göstərilən xüsusatlarla əlaqədar bunları bildirib:
"Bu il martın 26-da Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə Fəxri adlı bir nəfər ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərkən onu intizama dəvət edən, asayişin mühafizəsi üzrə qanuni vəzifələrini yerinə yetirən iki şəxsə - Xocavənd RPŞ-nin "Polisə ictimai dəstək" xidmətinin mülki əməkdaşı olan Orxan Ərşadlı və vətəndaş Sahib Məmmədova bıçaqla müvafiq olaraq ağır və yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla kifayətlənməyən həmin şəxs O.Ərşadlıya məxsus "Opel Astra" markalı avtomobilin şüşələrini də ağac parçası ilə sındırmış, ona xeyli maddi ziyan da vurmuşdur.
Yayılmış məlumatda insident zamanı guya polis əməkdaşlarının kənara çəkilmələri, ağır yaralanmış şəxsin isə polis əməkdaşı olması barədə səslənmiş iddialar həqiqətdən uzaqdır.
Araşdırma zamanı müəyyən edilib ki, xidməti vəzifəsini yerinə yetirən mülki əməkdaşın qanuni tələblərinə aqressiv münasibət göstərən, onlara ağır xəsarətlər yetirən F.Famletli uzun müddətdir ruhi xəstədir və bu xəstəliyin şizofreniya paranoit formasından əziyyət çəkir".
O.Mansurzadə qeyd edib ki, hazırda faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılmış, istintaq gedir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar