Xəbər lenti
Ərdoğandan İsrailə sərt ittiham
Türkiyyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib və, öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, terror siyasəti yürütməkdə davam edir".
Türkiyyə prezidenti Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır".
Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Tel-Əvivi dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə etməkdə ittiham edib və İsraildən buna son qoymağı tələb edib. Daha sonra R.T.Ərdoğan İsraili sərt tənqid edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar