Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir uşaq ağlayır, əlində gülü islaq" -ŞEİRLƏR

Tarix: 01-04-2018 14:29     Baxış: 2569 A- / A+
 "Bir uşaq ağlayır, əlində gülü islaq"

Sabri Kuşkonmaz

Bu qadalı, qovgalı dövranda təmiz ürəklərə və təmiz şeirlərə daha çox möhtacdı dünya. Döşəyimiz sərt, yorğanımız qayğı , yuxularımızda yetim, kimsəsiz uşaqların çığırtıları olan zamanda şeir də, şair də yatmamalı- belə deyir şair Sabri Kuşkonmaz. Əslən Fəthiyəli olan Sabri Kuşkonmaz müasir Türk ədəbi mühitinin fəlsəfi düşüncələrə sahib bir şairidir. Şeir onunçün daxili düşüncə tərzidir, obrazdır, həyata və insanlığa bir dərsdir. Manevr.az şair Nazilə Gültacın təqdimatında Sabri Kuşkonmazın bir-neçə şerini oxucuların ixtiyarına verir. İnanırıq ki, Azərbaycan oxucuları da Sabri bəyin şeirlərini dəyərləndirəcəklər.

FƏALİYYƏT

Güzgülər tutaq,
görsün üzünü dünya.
Güzgülərə gül qoyaq
Gözümüzdə böyüsün güllər.
Dağlar yüksək və uzaq
Güzgü tutaq dağlara.
Dağlara da gül yollayaq.
Oyansın yuxusundan
Ağ bahar olsun.
Oyansın güzgülər......

TƏBİƏT

Nədir içimdən keçən bu quşların dərdi?
Haraya sürükləmək istər məni,
Hansı pərvazsız buluda ?
Çırpındıqca içimdə qan.
parçalanır buludlar.
Çırpındıqca içimdə
qanadından vurduğum bəyaz göyərçin
qanım dayanır. ,
Çırpınır dilimdə qanlı sözcüklər.
Illər öncə silinmiş bir iz q
azılır yenidən qəlbimə.
Nədir içimdən keçən -
Bu quşların bitməz dərdi ?
Bilirəm.

BURADA OTURANLAR

Ürəyinə biçdiyin ömür səni şaşırtmasın.
Ümid etmənin yaşı böyüməsin gözündə.
Çevrənə bax, görünməyəni gör.
Işi güvənmək olan insanlar yaşayır burada.
Ümiddən yorulmayan ürəklər deyərkən,
ağırlığı duyur və ömrə ömür biçirsən.
Bir sevda boyu ömrü çözürsən.
Burada min sevda boyu yaşayanlar oturur.
Bu hesabla tapılır umid içindəki ürək ömrü.
Min il ümid etməyi iş edənlər oturur burada.
Indi gündəlik yolumuzda üzülsək də
bir divardan bir daş sökər
əzərik cibimizdə.
Divar azalar, tozdan sevinc doğar.
Bir daş incitsə topuğumuzu.
Çətin iş deyil, bilir qurtulmağı hər kəs.
Batsa ürəyimizə bir daş, heç də zor deyil.
Burada daşı ümidə sürtərək əridənlər oturur.
Divardan bir daş daha, yenidən alıb,
ümidi daşla bəsləyənlər oturur.
Divar sonsuz qovğamızdı özümüzlə.
Özündən başqa divar tanmayanlar burada oturur.


YAŞARKƏN ƏLİMİZ QISA

Bizə xatirələr satırlar.
Eşqlər ayaqlanmış, üzlər silinmiş.
Köhnə güllələr var divarlarda.
Göz qorxudan, xatirələr öldürən.
Bizsə hər gecə məktb yazırıq
köhnə yaralara,
gizlənib bir şüşənin dibində.
Yaşarkən əlimiz qısa.
Ölüm gününü unutmayaq.

SOYUQ MƏRMƏR

Mərmər yüklü vaqonlar
gözləyər stansiyalarda.
Əzilən nə taxta, nə dəmir,
Mərmərin özüdür
gecənin altında.
Yurdundan, dağından uzaq.
Qatar- qatar yalnızlıqla
üşüyür stansiya ayazında.

İSLANMIŞ TRAMVAY

Bir cüt göyərçin oynaşır
Tramvay yolundakı gölməçədə.
Məni göyərçinlərə götür, tramvay.
Gül budağında qurulan
yuvada bir yumurta çatlayır,
Tumurcuq səsi,
Civciv səsi.
qarışıb bir- birinə.
Məni sərçələrə götür, tramvay.
Yuvasında can bəsləyən
quşların səbrinə
yağış yağır.
Qanad səsləri islaq.
Qarlı fırtına.
Qağayı səsləri islaq.
Bir uşaq ağlayır, əlində gülü islaq.

Məni bu dayanacaqda endir, tramvay.
Keç qanad səslərini,
Keç qağayı çığırtılarını.
İslaq gülləri keç.
Uşaqları daşı tramvay.
Ayaqları, ümidləri kiçik ,
ürəkləri islaq uşaqları.


KEÇƏR


Duyulan dərin uğultu,
yıxılan bir ağacın səsi deyil.
Bir ümid ormanıdır.
Yara sağalıb keçər,
borc ödənər, qapı örtülər.
Soba yanar, üzümüz isinər.
Gözümüz görər ikimizi bir otaqda,
bir süfrədə.
Nigah otağına bir yol keçər.
Keçər bu yel bu yolun üstündən
alar tozları, gedər pis izlər, xatirələr.
Ac qalmanın , qəlb sınmanın izləri gedər.
Bir budağın deyil,
dəmir qırılmasının da səsi geçər.
Keçər gedər qulağından.
Keçər, ötər durnalar.
Durnalar mövsümündə köhnə çayırlarlardan
bir uşaqlıq keçər,
bir uşaqlıq gələr.

SABRİ KUŞKONMAZ

Türkcədən Nazilə Gültac uyğunlaşdırıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar