Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toya gedən 6 nəfər ailə üzvü dəhşətli hadisədə öldü - TƏFƏRRÜAT

Tarix: 01-04-2018 11:15     Baxış: 2270 A- / A+
Azərbaycanda toya gedən 6 nəfər ailə üzvü dəhşətli hadisədə öldü - TƏFƏRRÜAT

Dünən Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Manevr.az lent.az-a istinadə xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında olanlar toya gedirmiş. Belə ki, Bakıda yaşayan Ləj kənd sakinləri yaxın qohumlarının toyunda iştirak etmək üçün paytaxtdan doğma rayonlarına yola düşüblər.

İlkin araşdırmalar zamanı dəhşətli qəzaya yük maşınının səbəb olduğu məlum olub və sürücü, 1987-ci il təvəllüdlü Natiq Cəfərov hadisənin necə olduğunu danışıb. O deyib ki, paytaxt istiqamətində hərəkətdə olarkən qarşısındakı minik avtomobili qəfil əyləcə basıb. İdarə etdiyi iri yük maşınını qarşısındakı avtomobilə çırpmaq istəməyən 31 yaşlı sürücü yolun əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkətdə olan “Mitsubishi Pajero İO” ilə toqquşub.

Minik avtomobili ilə toya gedən 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib.
Azərbaycanda toya gedən 6 nəfər ailə üzvü dəhşətli hadisədə öldü - TƏFƏRRÜAT

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar