Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Altı müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan ilk və son adam - FOTOLAR

Tarix: 01-04-2018 05:13     Baxış: 3252 A- / A+
Altı müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan ilk və son adam

10 padşah gördü, 28 vəzir, 5 baş nazir. 6 müharibədə iştirak etdi, 29 dəfə evləndi. Bütün bunlar ancaq bir adamın yaşadığıdır.

Söhbət 160 il yaşayan türkiyəli Zaro Ağadan gedir. O, dünyaya gəldiyində Osmanlı İmperiyasının başında 1-ci Əbdülhəmid dayanırdı.

İstanbula köçdüyü zaman isə taxtda 3-cü Səlim oturmuşdu. Bəzi mənbələrə görə, 1774-cü ildə, bəzi mənbələrə görə isə 1777-ci ildə Bitlisdə dünyaya gəlib. 1934-cü il 29 iyunda İstanbulda vəfat edib. O, dünyanın uzunömürlü insanlarından biri kimi adını tarixə yazdırıb.

Ömrünün orta çağlarında gömrüklərdə hamballıq edən Zaro Ağa çox keçmədən onların başçısı olub və ilk yükdaşıyanlar cəmiyyətini qurub.

Bulqur və qatığı çox yeyən Zaro Ağa ömrünün çox hissəsini Topxanada kiçik bir evdə yaşayıb. Axşam süfrəsinə ancaq qatıq və ya çörəklə ayran yeyib.

Bəzi mənbələrə görə, təkcə öz doğulduğu bölgədə 7 dəfə evlənib. Daha sonra İstanbulda yaşadığı zamanlarda 13, bəzi mənbələrə görə 17, digərlərinə görə isə 29 dəfə evlənib.

Onun 5-i qız olmaqla 13 uşağı, 29 nəvəsi olub. "Niyə bu qədər çox evlənirsən?" sualına cavabında "Nə edim, aldığım qadınlar tez ölür",- deyib.

Zaro Ağa 150 yaşında Amerikaya gedib, ancaq onu bu səfərə razı salanların niyyəti başqa olub. Ona yeni həyat vəd edilmişdi, hətta Nyu-Yorkda böyük bir mərasimlə qarşılandı. Xüsusi tikilmiş geyimlərlə şirkətləri gəzdirib "Dünyanın ən yaşlı insanı" deyə nümayiş etdirirdilər. Onunla foto çəkdirmək 10 dollar, öpmək isə 15 dollar idi. Ömrünün sonuna kim sağlam yaşayan Zaro Ağa həyatının son ilində vərəmə yoluxdu. Onu Amerikaya aparanlar pul qazandıqdan sonra İstanbula qaytarırlar. 1934-cü ildə vəfat etdi.cebheinfo

Manevr.az

Altı müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan ilk və son adam
Altı müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan ilk və son adam
Altı müharibədə döyüşdü, 29 dəfə evləndi: Belə həyat yaşayan ilk və son adam



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar