Xəbər lenti
"Buludlar yaş tökdü... daş küçələrdən sellərə qarışıb qara qan axdı..."
Tariximizin ağrıyan, ağrıdan günüdür bu gün.100 ilin ovuda bilmədiyi göynərtinin, sağalda bilmədiyi yaranın sızıltısını ağıya çevirən bir ürəyin harayını hər kəsə duyurmaq istədim. Şair Etibar Etibarlının ruh ağladan misralarını və tarixin bu günü ilə bağlı qeydə aldığı faktları Manevr.az-ın oxucularına təqdim edirəm:
Sevinc Qərib
ŞAMAXI QƏTLİAMI
100 il bundan əvvəl -1918-ci ilin martında daşnak Lalayanın quldur dəstəsi qədim ŞAMAXIDA 7 mindən artıq əli yalın, köməksiz əhalini vəhşicəsinə qətlə yetirmiş, var-yoxlarını talamış, şəhəri oda qalamışdı. 1700 nəfəri Cümə məscidinə yığıb, diri-diri yandırmışdı.
Yüz ildir sağalmır sinəmin dağı,
(Neçə yol başıma dünya dar oldu...)
O il şəhərimə
gələn ilk bahar
minlərin ömründə son bahar oldu...
Bir günün içində əzizlərimin
qanına boyandı daşnak süngüsü.
Qundağ körpəsinə
meydan oxudu
nadan sürüsünün tör-töküntüsü...
Söndü od-ocağı viranə yurdun
talandı var-yoxu, bağlandı baxtı.
Buludlar yaş tökdü...
Daş küçələrdən
sellərə qarışıb qara qan axdı...
Əl yalın,
ümid yox,
dörd tərəf yağı..
Kəsidi bənd-bərəni namərd tələsi.
Cümə məscidinin minarəsindən
qalxdı diri yanan
insan naləsi...
Dindirin,
şahiddir qoca Pidrəki*,
az qala qopmuşdu o vaxt kökündən.
Sökün küçələrdən asfaltı örtüyü,
görün nə səs gəlir
yerin təkindən!...
Yüz ildir sağalmır sinəmin dağı,
(Neçə yol başıma dünya dar oldu.)
O il şəhərimə
gələn ilk bahar
minlərin ömründə son bahar oldu...
Etibar Etibarlı
31. 03. 2018.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar