Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Akademik Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT

Tarix: 31-03-2018 20:20     Baxış: 21 055 A- / A+
“Akademik  Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistlər haqda səsləndirdiyi fikirlər, daha dəqiq desək, təhqirlər mətbuatda heç də səssiz ötüşmədi. Biz də Manevr.az olaraq bir neçə ixtisaslaşmış jurnalistlərin məsələyə münasibətini öyrəndik.

Ramiz Məmmədovun "Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur" ifadəsinə nə dərəcədə haqq qazandırmaq olar?

"Onun "yaxşı jurnalist" tərifi kökündən yanlışdır"

“Akademik  Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT


Gülcahan Mirməmməd:- “Burda bir neçə fərziyə ola bilər. 1- Ramiz Məmmədov hələ yaxşı jurnalistlə rastlaşmayıb. 2- Onun "yaxşı jurnalist" tərifi kökündən yanlışdır. 3- Onun əsl mətbuatdan xəbəri yoxdur. 4- Mən elmi mövzular sahəsində ixtisaslaşmamışam deyə, Ramiz müəllimi və onun rəhbərlik etdiyi ETİ-də işləyən digər elmi işçiləri tanımıram, araşdırmalarından (əgər varsa, təbii ki) xəbərim yoxdur. Onda belə çıxır ki, məntiqlə mən də deməliyəm ki, Azərbaycanda bri nəfər də olsun, coğrafiyaşünas alim yoxdur? Beş ildə bir dəfə də olsun institut adına ciddi, mətbuat vasitəsilə yayılmağa layiq səs salacaq heç bir elmi araşdırma
ilə ölkəyə çıxmayan ətalət basmış qurum rəhbərinin fikirinə bu qədər önəm verməyə, məncə, ehtiyac yoxdur.”

"Aakademiki jurnalistlə söhbətdə ona heç yaraşmayan, reputasiyasına zərər vuran təhqiramiz ifadələr işlətməsinə görə qınayıram!"

“Akademik  Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT


Elşən Əliyev:- “Akademik Ramiz Məmmədov tanınmış alim və ziyalıdır, Azərbaycan coğrafiya elminin inkişafında danılmaz xidmətləri var. Müstəqillik
dövründə təsis olunmuş Dövlət mükafatının ilk laureatlarından biridir. Onun son günlərdə Azərbaycan jurnalistləri barədə dedikləri ilə tanışam. Təbii ki, hörmətli
akademiki jurnalistlə söhbətdə ona heç yaraşmayan, reputasiyasına zərər vuran təhqiramiz ifadələr işlətməsinə görə qınayıram! Hansı situasiyada olursa-olsun,
ziyalı öz mənəvi simasını, psixoloji tarazlığını qoruyub saxlamağı bacarmalı, sözü və hərəkəti ilə özünü gözdən salmamalıdır. Amma... Ramiz müəllimin müasir
jurnalistikamız haqqında 1news.az-a dediklərində yetərincə doğru məqamlar görürəm. Jurnalistlərimizin əksəriyyətinin müraciət edəcəyi şəxs və yazacağı
mövzu haqqında əvvəlcədən elementar məlumatı belə olmur. Mən 40 ilə yaxındır praktik jurnalistika ilə məşğulam. Bu gün media cameəsində kimin-kim olduğunu
da yaxşı bilirəm. Sinəsinə döyüb, "mən filan sahə üzrə bir nömrəyəm" deyə biləcək jurnalist tanımıram. Akademik haqlıdır - məsələ hər hansı sahəni yaxşı bilməkdən getmir, amma hazırlaşmaq lazımdır. Hazırlıqlı olmaq - peşəkarlığın əsas şərtlərindədir. Təəssüf ki, jurnalist peşəkarlığı məsələsinin bizdə hələ uzun müddət öz aktuallığını saxlayacağını söyləməyə məcburuq. Belə vəziyyət media-vətəndaş, media-məmur münasibətlərində yeni qarşıdurmalar üçün zəmin olaraq qalır. Akademiki qınayarkən heç özümüzün də qüsursuz olmadığımız barədə düşünməyimiz vacibdir...”

"Azərbaycanda jurnalist yoxdur ifadəsi doğru deyil"

“Akademik  Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT


Rəsmiyyə Rzalı: -“ Dünya mətbuatını oxuyarən analitik təhlilləri incələyərkən, hadisələrə sağlam və operativ yanaşmanı görərkən bu qənaətə gəlinir. Lakin,
Azərbaycanda jurnalist yoxdur ifadəsi doğru deyil, Azərbaycanda jurnalistika yoxdur, sağlam mətbuat yoxdur deyilməsi daha doğru olar, qızım. Mətbutatın,
jurnalistianın anasını ağlatdılar”

"7-8 əməkdar zurnalist tanıyıram ki, məqalə yazmağı bir kənara, heç ad -soyadını da doğru yaza bilmir"

“Akademik  Ramiz Məmmədovun əsl mətbuatdan xəbəri yoxdur” - MÜNASİBƏT


Füzuli Ruzigar: -“Jurnalistlər də var, zurnalistlər də. Məsələ bundadır ki, milli -mənəvi dəyərlərə, vətənpərvər hisslərə, peşə etikasına malik olmayan zurnalistlərə bu gün gədə tipli məmurlar daha çox üstünlük verirlər. Bir misal çəkim: 7-8 əməkdar zurnalist tanıyıram ki, məqalə yazmağı bir kənara, heç ad -soyadını da doğru yaza bilmir. Pulunu verib ev, fəxri ad v.s kimi daha nələr- nələr alırlar… İki cümləni düzüb-qoşa bilməyən onlarla qəzət təsisçisi, qəzet redaktoru tanıyıram. Bu baxımdan Ramiz müəllimin sözündə həqiqət var. Bu gün müstəqil ölkəmizdə mətbuatın evini elə yıxıblar ki… Belə zurnalistlər hər yerdə at oyandırlar, onların timsalında da ümumən bütun bu peşədə çalışanlar təhqir olunur. Diqqət et, bəzi qəzetlərin son səhifəsində aşağıda yazırlar: faktların doğruluğuna redaksiya cavabdeh deyil. Sual olunur: ay “redaktor” və redaksiya heyəti bəs siz nəyə cavabdehsiniz?!”

Əntiqə Səməndər
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar