Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
BÜTÜN XƏBƏRLƏR

Media Klubu yaradıldı: Problemlər müzakirə olundu

Tarix: 30-03-2018 16:15     Baxış: 2351 A- / A+
Media Klubu yaradıldı: Problemlər müzakirə olundu


Azərbaycan jurnalist birliyinin nümayəndələri Media Klubun - media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıblar.

Media klubun yaradılması ideyası bu gün Turan agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb.

Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, Xural.com saytının baş redaktoru Əvəz Zeynallı, Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.

İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir, peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir, A.Əliyev bildirib.

Bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır, digər tərəfdən, diskreditasiya, böhtan, təhqir və zorakılığın təbliği üçün informasiyadan istifadə olunması daha böyük miqyas alır.

Z.Əzəmətin fikrincə, bu hal ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.

"Bu gün media məkanında müşahidə edilən aqressiya sivil formada ifadə azadlığının sıxışdırılması cəhdlərinə cavabdır", - Q.Məhərrəmli bildirib.

Media klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar