Xəbər lenti
Şaumyanın Kərkükdə olan evini tapdıq və... - Akademik ŞOK FAKTI AÇDI
“Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi”.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
O, sözügedən məsələ ilə bağlı konkret faktların olduğunu söyləyib:
“Həmin vaxtı Azərbaycan Prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, Sahil bağındakı “26-lar” adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan Prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq”.
Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı Komissarları güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: “Bu faktdır. Biz jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var”./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar