Xəbər lenti
“Siqnalizasiya söndürülüb, qapılar bağlanıb” - Dəhşətli yanğınla bağlı ŞOK AÇIQLAMA
Rusiyanın Kemerevo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı saxlanılanlardan biri ilkin dindirmədə şok açıqlama verib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, mərkəzdəki yanğın əleyhinə qurğulara cavabdehlik daşıyan “Sistemnıy inteqrator” şirkətinin sahibi İqor Polizninenko istintaq komitəsinin müstəntiqlərinə bildirib ki, hadisədən bir neçə saat əvvəl yanğın siqnalizasiyasının texniki vəziyyəti yoxlanılıb. O, bununla bağlı texniki arayışı istintaqçılara təqdim edib. Polizninenko bildirib ki, baş verən faciədə insan faktoru var: “Çünki kimsə siqnalizasiyanı söndürüb. Özü də qəsdən. Bundan əlavə, ticarət mərkəzində üç kinoteatr fəaliyyət göstərir. Həmin kinoteatrlar isə faciə baş verən günü ağzınacan dolu idi. Amma nəyə görəsə kimlərsə film başlayan kimi qapıları bağlamışdı. Özü də açarla” deyə o, bildirib.
Yeri gəlmişkən, ifadəsindən sonra o, sərbəst buraxılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar