Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Çəkmələrinizdən qoxu gəlməsin deyə... - ÇARƏ

Tarix: 28-03-2018 08:00     Baxış: 4302 A- / A+
Çəkmələrinizdən qoxu gəlməsin deyə... - ÇARƏ

Qaşındıran və tüklü xəz və paltolar, iyi gələn uzunboğaz çəkmələr, ilməsi qaçan corablar, qalın kofta və ətəklər... Bunlar hamısı qışda istifadə etdiyimiz geyimlərdir. Qış qarderobunu səliqəli və təmiz saxlamaq bu geyimlər üçün çox vacibdir. Manevr.azlent.az-a istinadən qış qarderobunu təmiz saxlamağın bir neçə yolu ilə sizi tanış edir.
Corablarınızdakı qaçan ilmə çox böyüməsin deyə süzülən hissəyə saç lakı vura bilərsiniz.

Qalın corab və lasinlərinizi istifadə etməzdən əvvəl yuyun, yaxşıca sıxın və sellofanın içərisinə qoyaraq soyuducunun buzxanasında bir gecə saxlayın. Buzxanada onun lifləri güclənəcək və daha uzunömürlü olacaq.

Koftanızın tüklü hissəsini daban daşı ilə təmizləyin. Elə edin ki, koftaya dəyməsin. Yavaş-yavaş sürtərək toplanmış hissəcikləri bir yerə toplayın.

Paltarlarınızda qalan saç telləri və kofta tüklərini makiyaj fırçası ilə təmizləyin.

Bədəninizi qaşındıran koftalarınızı bir neçə qaşıq sirkə qatılan soyuq suda 15 dəqiqə saxlayın. Sonra isə yumşaq formada saç kremi ilə üzərinə əl gəzdirin və yarım saat bu cür saxladıqdan sonra durulayın.

Geyiminizin corabınıza yapışmasını istəmirsinizsə, elektriklənmənin qarşısını almaq üçün içərisinə sancaq taxın.

Çiyinlərində asqı izi qalmasın deyə koftalarınızı şəklildə göstərilən formada asın və ya qatlayın.

Dəri şalvarınız qırışmasın deyə onu asın. Asqı izinin qalmaması üçün isə asılqanın arasına kağız və ya salfet qoyun.

Geyimlərinizdə rəngi solan və təravətini itirən zamj hissəni diş fırçası ilə yenidən canlandırın.

Çəkmələrinizdən iyi gəlməsin deyə içərisinə karbonat və ya paket çay qoya bilərsiniz.

Qışda paltarlarınızı geyməzdən əvvəl fenlə isidə bilərsiniz.

İslanan dəri ayaqqabılarınızı istidən uzaq tutun. Bunun yerinə içərisinə kağız doldurun və cərəyanlı yerə qoyaraq gözləyin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar