Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırdır

Tarix: 24-03-2018 21:33     Baxış: 5248 A- / A+
Tramp rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırdır
ABŞ-dan çıxarmağa hazırdır.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

“Prezident Tramp onlarla rusiyalı diplomatı ABŞ-dan çıxarmağa hazırdır”, - deyə mənbə bildirib.

Məlumata görə, D.Tramp müvafiq bəyanatla martın 26-da çıxış etmək niyyətindədir.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının bir sıra üzv dövlətləri də öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı nəzərdən keçirirlər.

Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş və daha sonra ABŞ və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı “Noviçok” tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb. London bu məsələdə Moskvanı ittiham edərək 23 Rusiya diplomatını ölkədən çıxarıb və bu ölkə ilə siyasi təmasları dayandırıb. Rusiya da analoji addım ataraq 23 Britaniya diplomatını “arzuolunmaz şəxs” elan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar