Xəbər lenti
Rəşad Məcid: "Vicdanlı adamlar bu təhqir və söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdır"
"Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun xaricdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqındakı statusları kübarlığı və nəzakət tonu ilə seçilir."
Manevr.az xəbər verir ki, bunu AYB-nin katibi, şair Rəşad Məcid öz sosial şəbəkəsində qeyd edib.
Rəşad Məcid fikinin davamı olaraq vurğulayır ki, "bütün fəaliyyətində və insanlara münasibətində məhz bu cür gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş və təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində də heç zaman bu nəzakəti itirmədi! Sözügedən statuslarında da "hər bir adamın mahiyyətində bir xeyir başlanğıcı olduguna inanıram" söyləyib bu şəxsləri ədəb- ərkan çərcivəsində mübarizəyə çağırdı! Bucür münasibətdən sonra da həmin adamların söyüş və təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyətində heç bir xeyir başlangıcının qalmadığını göstərir! Belə məqamda isə cəmiyyətin ağıllı və vicdanlı adamları susmamalı, bu təhqir və söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdırlar! İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır- insanlar arasında da, sosial şəbəkələrdə də. Ağıllı və abırlı adamlar müşahidəçi mövqeyində qalmamalı, "beləsinə baş qoşmağa dəyməz " deyib yaxasını kənara çəkməməlidir! Bu baxımdan Əli müəllimin sözügedən statusları bütün vicdanlı, ağıllı vətəndaşlarımızı bir araya gətirməli, Azərbaycan cəmiyyəti üçün yad olan bu iyrənc mübarizə metodu kəskin şəkildə qınanmalıdır!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar