Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən alpinistin anası: "Dedi tez qayıdacağam"

Tarix: 24-03-2018 12:42     Baxış: 4364 A- / A+
İtkin düşən alpinistin anası: "Dedi tez qayıdacağam"



Dekabrın 23-də onu evdən yola saldım. Dedim salamat get, salamat qayıt, ay Namin. O da dedi ki, Quba dağlarına gedirik, tez qayıdacağam, təxminən 1-2 günə.


Manevr.az xəbər verir ki, bu haqda Real TV-yə açıqlamasında itkin düşən alpinist Namin Bünyatovun anası Səadət Bünyatova deyib.

O bildirib ki, dekabrın 25-dən hər gün ona zəng vursa da Namin telefona cavab vermirdi.

"İtkin düşdüklərindən isə dekabrın 27-si xəbər tutmuşam. Aprelin 8-i Naminin ad günüdür. O günü necə yaşayacağam heç bilmirəm", - deyə Səadət Bünyatova qeyd etdi.

Oğlu itkin düşdükdən sonra qızının yanına sığınan ana günlərdir ki, oğlunun yolunu gözləyir.
Namin 3 ay bundan öncə dekabrın 23-də yola çıxdığı Babur Hüseynov və Fəridə Cəbrayılzadə ilə birlikdə şahdağ zirvəsində yoxa çıxıblar. Dekabrın 26-da geri qayıtmalı olan gənclərdən 3 aydır heç bir xəbər yoxdur.

"Gilavar" idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü - 35 yaşlı Namin Bünyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadənin axtarışlarına Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopterlər cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 3 gənc Xınalıq kəndindən Şahdağ Milli Parkının "Xınalıq" keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

"Gilavar" - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.Babur Hüseynovun polis leytenantı olduğu bildirilir. Namin Bünyatov isə bir neçə ay öncə iki nəfər həmkarı ilə bərabər "Elbrus" zirvəsini fəth edib. Fəridə Cəbrayılzadə fotoqrafdır. alpinistlərin itkin düşməsi ilə bağlı artıq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda axtarışların getdiyi ərazidə qar yağdığından və bu cür hava şəraiti işlərə maneə oldğundan, itkin düşən alpinistlərin axtarışları müvəqqəti dayandırılıb.Baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar