Xəbər lenti
Toyundan öncə ölən qızın ailəsinə jest - Restoran və Kənan Doğulu pulları geri qaytardı

Türkiyəli iş adamı Hüseyn Başaranın qızı Minə Başaranla Murad Gəzərin toyları baş tutmadığına görə ailənin toy hazırlığı üçün ödədikləri pullar geri qaytarılıb.
Başaran ailəsi toy üçün "Çırağan" sarayını bron etmişdi. Qəza səbəbi ilə saray ödənişi geri qaytarıb.
Eyni addımı müğənni Kənan Doğulu da atıb. Belə ki, müğənni toy üçün əvvəlcədən aldığı ödənişi köməkçisi ilə geri göndərib.
Bundan əlavə, Minə Başaran və Murad Gəzərin ailəsi və qohumlarının toy geyimlərini aldıqları "Vakko" və "Beymen" şirkətləri də ailəyə geyimləri qaytarıb pullarını geri ala biləcəklərini söyləyib. Cütlüyün kirayələdikləri evin sahibi də müqaviləyə əsasən 10 aylıq kirayə haqqını ala biləcəyi təqdirdə ödənişdən imtina edib.
Qeyd edək ki, martın 11-də BƏƏ-dən İstanbula qayıdarkən İranda qəzaya düşən təyyarədə 3-ü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində "subaylığa vida" partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.
M.Başaran aprelin 14-də Murad Gəzərlə ailə qurmağa hazırlaşırdı.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar