Xəbər lenti
Onların hamısı dünyanı qan gölünə çevirmək istəyirlər – MÜHARİBƏ KABİNETİ
ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, İsrail tərəfdarı olan Maykl Pompeonu Reks Tillersonun əvəzinə dövlət katibi postuna itəli sürən Tramp neoconların “şahin”i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verdi.
Martın 23-də ABŞ prezidenti axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasteri istefaya göndərdi. Bu vəzifəyə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton təyin olunub.
“9 aprel 2018-ci ildən etibarən səfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam”, - deyə Tramp qeyd edib.
Dövlət Departamentinin rəhbərliyində edilən dəyişiklik sərt kursun qarşıdakı dövrə damğa vuracağanı göstərmiş oldu. “Yeni Amerikan əsri layihəsi”nin öndə gələn adlarından olan və neocon qanadın “şahin”i hesab edilən Con Boltonun vəzifəyə gətirilməsi ilə Trampın yeni bir “müharibə kabineti”ni formalaşdırdığı görünür.
Con Bolton ABŞ-ın İran və Şimali Koreyaya qarşı müharibə elan etməli olduğu fikrini müdafiə edir.
Pompeo da kifayət qədər sərt mühafizəkar mövqeyi ilə məşhurdur və “Çay partiyası” - Respublikaçılar Partiyasının daxilində qeyri-formal siyasi qrupla bağlıdır. O, İsrail tərəfdarı və İran əleyhinə olması ilə tanınır. Obama dövründə İran ilə imzalanan nüvə razılaşmasının ləğvini dəstəkləyən Pompeo “Əgər İsrail və Səudiyyə Ərəbistanı İrana qarşı birləşərsə, bu, yaxşı bir şeydir” ifadəsinin müəllifidir. 11 sentyabr 2001-ci il Nyu-Yorkdakı terror aktından sonra sonrası qurulan və “qara dəlik” olaraq xarakterizə edilən işgəncə bazalarının ləğvinə qarşı çıxmışdı. Pompeo, son olaraq 2016-cı il iyulun 15-də Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra “İran da Türkiyə prezidenti Ərdoğanın hökuməti qədər demokratikdir... Hər ikisi də islamçı totalitar bir diktatorluqdur” ifadələrinin yer aldığı skandal bir tvit atmışdı. Pompeonu “İranafobik” adlandıran Qətər Universitetinin əməkdaşı Julian Kole regional güc döyüşündə Səudiyyə Ərəbistanının yanında olacağını qeyd edib.
Əlavə edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Ceyms Mettis də kifayət qədər sərt mövqeyi ilə tanınır. O, xüsusi halda, “NATO üçün əsas təhdidlər Rusiyanın aqressiv fəaliyyətləri və terrorizmdir” fikri ilə məşhurdur.
Beləliklə, yuxarıda adı çəkilən hər üç adı nəzərə alaraq, dünyada sülh və sabitlik üçün nikbin düşünməyin çətin olduğunu demək olar
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar