Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Dünya qiymətini bilməz, biz bilirik, Kəlbəcərim"- Metin Özer

Tarix: 22-03-2018 15:48     Baxış: 1474 A- / A+
"Dünya qiymətini bilməz, biz bilirik, Kəlbəcərim"- Metin Özer

Türk olaraq birliyimiz, bərabərliyimiz təkcə sözdə deyil. Bir cümlənin özündə birləşdirdiyi birlik, sevgi, qardaşlıq, yenilməzlik duyğusu hər addımda özünü göstərməkdədir. Adımızla, əməlimizlə, sevgimizlə birik- bir millətik biz...
Haqqında söz açacağımız, Türkiyənin İstanbul şəhərində yaşayan Metin Özer də bütün varlığıyla Azərbaycana bağlı bir insandı. Məmləkətimizin bütövlüyü, Qarabağ müharibəsinin çözülməsi və ümumiyyətlə, Türk dünyasıyla bağlı bütün işlərdə əlindən gələni əsirgəməyən Metin bəy həm də gözəl şeirlər müəllifidi. Onun Azərbaycan sevgisini, Qarabağ ağrısını ifadə edən "Kəlbəcərim" şeirini təqdim etməklə, həm də aprelin 2-də 25 ili tamam olan Kəlbəcər həsrətimizi təzələmiş oluruq...


Şeiri Manevr.az -a təqdim edən dəyərli həmkarımız Azər Həsrətə təşəkkür edirik.

KELBECER'İM

Kelbecer Evlatlarına

Dirilir ölmüş cesedim,
Kıyamda durur bedenim,
Azadlığın görebilsem,
Sonra ölsem Kelbecer'im

Vatan güzel ufuklar hür,
Benim eşsiz Kelbecer'im.
Dünya kıymetin bilemez,
Biz biliriz Kelbecer'im.

Dağlarında soldu güller,
Nerde kaldı o şen günler?
Aşıkların neler söyler?
Hatırandan Kelbecer'im.

Yaylaların bol otlaklı,
Mor laleli Kelbecer'im.
Bulaklarından kan akar,
Su yerine Kelbecer'im.

Oğulların var ki yaşar,
Vakit gelir sular taşar,
Canlar vatanına koşar,
Yiğit yurdu Kelbecer'im.

Yurtlar nasıl unutulur?
Yaddan çıkmaz Kelbecer'im.
Koçyiğitler seni bulur,
Bir ses versen Kelbecer'im.

Olacak mı bir gün Tanrı'm,
Bayram edecek Hazar'ım,
Yoksa gülecek günlerin,
Çok uzak mı Kelbecer'im.

Metin der ki ümitliyim,
Karabağ'ım, Kelbecer'im.
Ağlar boynu büküklerin,
Hangi dağda Kelbecer'im.

(Orijinal mətn)

Metin Özer, İstanbul




KƏLBƏCƏRİM

Kəlbəcər övladlarına

Dirilər ölmüş cəsədim,
Qiyamda durar bədənim,
Azadlığın görə bilsəm,
Sonra ölsəm Kəlbəcərim.

Vətən gözəl, üfüqlər hürr,
Sən misilsiz Kəlbəcərim.
Dünya qiymətini bilməz,
Biz bilirik, Kəlbəcərim.

Dağlarında soldu güllər,
Harda qaldı o şən günlər?
Aşıqların nələr söylər?
Xatirəndən Kəlbəcərim.

Yaylaqların bol otlaqlı,
Al laləli Kəlbəcərim.
Bulaqlarından qan axar,
Su yerinə Kəlbəcərim.

Oğulların var ki, yaşar,
Zaman gələr sular daşar,
Ellər vətəninə qaçar,
Ərən yurdu Kəlbəcərim.

Yurdlar necə unudular?
Yaddan çıxmaz Kəlbəcərim.
Qoç igidlər səni tapar,
Bir səs versən Kəlbəcərim.

Olacaqmı bir gün Tanrım,
Bayram edəcək Xəzərim?
Yoxsa güləcək günlərin,
Çox uzaqmı Kəlbəcərim?

Metin deyər ümidliyəm,
Qarabağım, Kəlbəcərim.
Ağlar boynu büküklərin,
Hansi dağda Kəlbəcərim.

Şeri Azərbaycan türkcəsinə şair Sevinc Qərib uyğunlaşdırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar