Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu raketlərdən artıq Bakıda var - Rusiyalı politoloq

Tarix: 06-10-2016 10:51     Baxış: 3591 A- / A+
Bu raketlərdən artıq Bakıda var



120 kilometr məsafədə hədəfləri məhv edən İsrail raketləri artıq Azərbaycanda var.

Manevr.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, İsraillə yanaşı, Azərbaycan Çin və Belarusdan da yeni raketlər ala bilər:

“İsrailin həmçinin orta mənzilli Yerixon raketləri də var, amma mən indiyə qədər 300 kilometrdən uzaq məsafədəki hədəfləri məhv edən raketlərin kiməsə satıldığını görməmişəm. Bu, Vassenaar razılaşmasını poza bilərdi. Bu müqavilə sayəsində 300 kilometrdən uzaq məsafədəki hədəfləri məhv edən raketlərin satışı qadağan edilir. Üstəlik, israillilər bu işi görməkdən ötrü Vaşinqtonla razılaşmalıdırlar. Nəzəri olaraq İrandan da “Şahab” raketlərini almaq mümkündür. Buradan Azərbaycana silahları çatdırmaq asandır. Ən azından ümumi sərhədlər mövcuddur. Bu məsafədə hədəfləri məhv edəcək raketlər Çində də mövcuddur. Onlar isə İran raketlərindən daha müasirdir. Azərbaycanda hərbi sənaye kompleksi hələ sovet dövründən olub. Burada hərbi zavodlar və mütəxəssislər qalıblar. Bunların hamısından istifadə etmək olar. Bakı üçün ən tez yol birgə istehsal, yəni xarici texnologiyanın öz ərazisində yığılışıdır. Eyni yoldan Türkiyə də istifadə edir. Özbaşına nə isə yaratmaq baha başa gəlir. Bakı burada Ukrayna və ya İsraillə ümumi istehsala gedə bilər. İsrail artıq tez-tez başqa ölkələrə texnologiyalar verir”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Ermənistana “İsgəndər” raketlərini verib. Rəsmi Bakı artıq buna qarşı cavab addımları atacağını bəyan edib.(axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar