Xəbər lenti
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışında ardıcıllıq bəlli olub
Prezidentliyə namizədlərin İctimai TV-də ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.
Mərkəzi Seçki Komissiyası bu gün namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.
Püşkatmanın nəticəsinə görə, 1-ci Zahid Oruc, 2-ci Araz Əlizadə, 3-cü Qüdrət Həsənquliyev, 4-cü İlham Əliyev, 5-ci Razi Nurullayev, 6-cı Sərdar Məmmədov (Cəlaloğlu), 7-ci Fərəc Quliyev, 8-ci Hafiz Hacıyev İctimai Televiziya və Radio Yayımları Şirkətində çıxış edəcəklər.
Çıxışların hər biri 7 dəqiqə 30 saniyə olacaq.
İctimai televiziyadakı debatlar saat 22:00-da, radioda isə saat 19:00-da olacaq.
Azərbaycanda prezidentliyə namizədlərin seçki təbliğat-təşviqatı da elə bu gündən başlayır.
Prezident seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınan namizədlər səsvermə gününə 23 gün qalmış, yəni martın 19-da təşviqata başlaya bilərlər.
Namizədlərin təbliğat-təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Azərbaycanda növbədənkənar prezident seçkisi aprelin 11-ə təyin edilib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, prezidentliyə 8 nəfərin namizədliyi qeydə alınıb.
Ölkə prezidenti İlham Əliyev yenidən prezidentliyə namizəddir.
Ondan başqa Milli Məclisin üzvü Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov (Cəlaloğlu), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevin namizədliyi qeydə alınıb.
O cümlədən, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev də namizəd kimi prezident seçkisinə qatılıb.
15-ə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürmüşdü.
Mərkəzi Seçki Komissiyası təbliğat-təşviqat kampaniyası üçün Naxçıvan da daxil olmaqla, açıq və qapalı yerlərin siyahısını açıqlayıb.
Mərkəzi Seçki Komissiyası martın 19-da namizədlər üçün ödənişsiz əsaslarla ayrlmış efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirəcək.
Ödənişsiz efir İctimai Televiziyada olacaq. "Xalq qəzeti", "Azərbaycan" və "Bakinski raboçi" qəzetləri də namizədlərə ödənişsiz reklam xidməti göstərəcək.
İctimai Televiziyada ödənişli efirin 1 saniyəsinin qiyməti saatdan asılı olaraq, 7-25 manat arasında dəyişir.
Mərkəzi Seçki Komissiyası rəsmiləri bəyan ediblər ki, ölkədə tam demokratik, ədalətli seçki keçirmək üçün münbit zəmin var və "siyasi partiyalar hər zaman seçkiyə hazır vəziyyətdə olmalıdırlar".
Prezident seçkisini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının 300 uzun və qısa müddətli müşahidəçisi izləyəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar