Xəbər lenti
Bu kənddə toyuqlar bir-bir xoruza çevrilir
20-25 ildir toyuq-cücə saxlayan Gülcan Pərihanın toyuqları bir-bir xoruz olmağa başlayıb.
Türkiyənin Kastamonu adlanan ərazisində yaşayan yaşlı qadın təqaüdə çıxdıqdan sonra həyətində toyuq-cücə bəsləməyə başlayıb. Bir müddət sonra isə toyuqların bir-bir yumurtadan kəsildiyini və yavaş-yavaş xoruza çevrildiyini görür:
"25 ildən çoxdur toyuq-cücə saxlayıram. Belə hadisə başıma üçüncü dəfədir gəlir. Daha əvvəlki illərdə də toyuqlarım xoruza çevrilmişdi. Əsasən tük tökülmə dövrünə girdikdən sonra bəzi toyuqlarımın tükləri daha tünd və parlaq rənglərlə əvəz olunmağa başlayır, quyruqları dəyişir və xoruz kimi banlamağa başlayırlar. Sonuncu dəfə bu hadisə 2 gün qabaq yaşandı. Bir müddət sonra demək olar ki, bütün toyuqlarım tam dəyişərək xoruz olub və xoruz kimi banlamağa başlayırlar. Bunun hansı səbəbdən belə olduğunu anlamıram".
Qadın məsələ ilə bağlı Kastamonu Universitetinin Baytarlıq fakültəsinin mütəxəssislərinə müraciət edib. Həmin heyvanlar laborotoriya müayinəsinə aparılıb. Aparılan tədqiqatlardan sonra baytarlar bunun cinsiyyət dəyişikliyi hadisəsi olduğunu təsdiqləyiblər:
"Bu nadir hadisədir. Patoloji bir proses müşahidə edildiyi üçün toyuq bütün keyfiyyətlərini dəyişir. Hadisəyə isə onların yemləndiyi və saxlandığı torpaqlarda androgen qrupuna daxil testosteron qalıqlı tullantıların olması səbəb olur".publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar