Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Müstəqillik Gününün tarixi dəyişdirilsin” - millət vəkilindən təklif

Tarix: 05-10-2016 18:13     Baxış: 4231 A- / A+
“Müstəqillik Gününün tarixi dəyişdirilsin”


“Azərbaycanın Müstəqillik Günü tarixi 1991-ci il dekabrın 29-dan hesablanmalıdır”.

Bunu Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri olmuş millət vəkili Fazil Mustafa təklif edib.

F.Mustafa deyib ki, 1991-ci il dekabrın 29-da Azərbaycanın dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilib. Onun sözlərinə görə, həmin referendumda “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı” sualı qoyulub.

“Həmin referendum zamanı seçicilərin mütləq əksəriyyəti qoyulan sualın lehinə səs veriblər. Bu baxımdan da mən təklif edirəm ki, Azərbaycanın müstəqillik günü 1991-ci il dekabrın 29-da keçirilən müstəqillik referendumundan götürülsün. Çünki bu referendumun nəticəsi Azərbaycanın xalqının iradəsini ortaya qoydu. Digər tərəfdən isə 1991-ci ilin Referendum Aktı Milli Şuranın qəbul etdiyi sənəddən də daha üstündür. Yəni, Referendum Aktı birbaşa xalqın iradəsinə söykənən sənəddir. Azərbaycanın müstəqilliyinin bu tarixdən hesablanması üçün hüquqi əsaslar da mövcuddur”.
F.Mustafa Azərbaycanın müstəqillik gününün 1991-ci il avqustun 30-da qəbul edilən Müstəqillik haqqında Bəyannamənin qəbulu tarixindən götürülməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

Deputat xatırladıb ki, 1989-cu il sentyabrın 23-də Respublika Ali Sovetinin sessiyası tərəfindən “Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Qanunu qəbul olunub:
“Daha sonra isə Müstəqillik haqqında Bəyannamə qəbul edilib. Ancaq bu Bəyannamə Müstəqillik Aktı demək deyil idi. Bu sənəd Müstəqillik Aktı barədə iradə demək idi. Doğrudur, Özbəkistanda və digər ölkələrdə müstəqillik üçün bəyannamə kifayət edirdi. Ancaq Azərbaycanda 1991-ci ilin 18 oktyabr tarixi əsas götürülüb. Bu tarix rəsmi sənəd olaraq həm də daha legitim qurum olan Milli Şura tərəfindən qəbul olunurdu. Ona görə də bu sənəd Azərbaycan müstəqillik tarixi ilə bağlı əsas sənədə çevrilib.

Bu baxımdan da “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci ilin avqustun 30-da qəbul edilən Müstəqillik haqqında Bəyannamədən daha legitim və mötəbər sənəddir”.(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar