Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı və oğlunun cərimə və balları – 2800 manat – 48 bal

Tarix: 05-10-2016 17:27     Baxış: 4633 A- / A+
İcra başçısı və oğlunun cərimə və balları





















DYP-nin sistemində Xaləddin İsgəndərovun 7, oğlunun isə 29 MMX protokolu var

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobili ilə bağlı müxtəlif məlumatlar ictimaiyyətə məlumdur. Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə Avtosfer.az-da məlumat verilmişdi.

Bu dəfə isə Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokol var. Ümumilikdə həmin cərimələrin məbləği 270 manat, 8 baldır.

Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var.

Cərimələrin ümumi məbləği isə 2500 manatdan artıqdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 40-ı ötüb. Beləliklə də, icra başçısının oğlunun sürücülük hüququndan məhrum edilməsi qaçılmazdır. Əgər buna ciddi yanaşılsa…

Məlumata görə, Xaləddin İsgəndərovun ailə maşınları arasında 99 AA 812 nömrəli daha bir bahalı avtomobil də var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar