Xəbər lenti
FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Manevr.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunmuşdur. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar