Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Komitəsində mövqe savaşı başlayıb

Tarix: 14-03-2018 23:40     Baxış: 2604 A- / A+
Gömrük Komitəsində mövqe savaşı başlayıb

"Gömrük İşi” adlı cinayət işinin başlanma ehtimalı da artmaqdadır
Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilə biləcəyi ehtimalının gömrükçülər arasında təlaş yaratdığı haqqında daha əvvəl məlumat vermişdik. Son məlumatlara görə, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi ehtimalının artması gömrükçülər arasında həm də mövqe savaşına rəvac verir. Adının çəkilməsini istəməyən mənbə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Məhəmməd Qasımovu mövqe savaşının ilk qurbanı sayır. Yevlax Gömrük İdarəsində Məhəmməd Qasımovun yerinə hələlik təyinat olmasa da, bu vəzifə rəis müavini Nazim İsayevə həvalə olunub. Məsələnin ən maraqlı tərəfi də Nazim İsayevin kimliyi ilə bağlıdır.

1976-cı il təvəllüdlü İsayev Nazim Azad oğlu Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qaynı, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin əmisi oğlu və kürəkənidir. İki güclü və geniş təsirə malik icra başçısının ən yaxın qohumu, Yevlax şəhər icra hakimiyyəti başçısı Qoca Səmədovla qohumluq əlaqəsi olan Nazim İsayevin bu günə kimi müavin vəzifəsində qalması halı belə mövcud reallıqlar çərçivəsində təəccüblü hadisə sayıla bilər. Məlumatlı mənbə bildirir ki, Yevlax Gömrük İdarəsinin sabiq rəisi Məhəmməd Qasımov belə qohumluq əlaqələrinə malik olmasa da, sıradan bir şəxs də olmayıb. Onun mərhum dayısı böyük nüfuz sahibi olub və hakimiyyətin nüfuzlu şəxsləri ilə dostluq əlaqəsi olub. İddialara görə, Məhəmməd Qasımov da məhz belə münasibətlərə görə gömrük orqanlarına qəbul olunub. Mənbə bildirir ki, təxminən 10-11 il əvvəl gömrük orqanlarına qəbul edilən Məhəmməd Qasımov qısa müddət ərzində rəis vəzifəsinə yüksəlsə də, hələ 2004-cü ildən Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Nazim İsayevin bu günə kimi rəis ola bilməməsi, yüksək vəzifədə heç bir yaxın qohumu olmayan Məhəmməd Qasımovun müavini işləməsi mövcud şəraitin məntiqi ilə ziddiyət təşkil edirdi. Nəhayət ki, ötən ayın 23-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu məntiqsizliyə qismən son qoyub, Məhəmməd Qasımovu rəis vəzifəsindən azad edib, rəhbərliyi Nazim İsayevə həvalə edib. Yeri gəlmişkən onu da qeyd edək ki, 1976-cı il təvəllüdlü Nazim İsayevin bacısının həyat yoldaşı Elmar Vəliyev Yevlax şəhər icra hakimiyyətinin başçısı təyin ediləndən təxminən bir ay sonra Yevlax Gömrük İdarəsinə işə qəbul edilib. Onu da xatırlatmaq istərdik ki, Elmar Vəliyev 1994-cü ildən 2001-ci ilə qədər Yevlax Rayon Gömrükxanasının (Yevlax Gömrük İdarəsi o zaman belə adlanırdı-müəl.) rəisi vəzifəsində işləyib.

Məlumatlı mənbə bildirir ki, hər kəs Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi halda gömrükçülər arasında ciddi ixtisarların ediləcəyinin fərqindədir. Bu zaman isə əsasən mövqeyi güclü olanlar vəzifələrini qoruya biləcəklər. Ona görə də bütün iddialı şəxslər öz mövqelərini gücləndirməyə, rəqiblərini sıradan çıxarmağa çalışırlar. Dövlət Gömrük Komitəsində başlayan bu mövqe savaşı artıq bir rəisin karyerasına son qoyub, başqa birinə isə yüksəlmək üçün yol açıb. Mənbənin sözlərinə görə, bu proses davam edəcək. Məhəmməd Qasımovla bağlı növbəti əmr olmadığı üçün onun gömrük orqanlarından tamamilə xaric ediləcəyi gözlənilir. Onun başqa "vurulan” gömrük məmurları kimi gömrükçülər arasında "cərimə batalyonu” adlandırılan Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə göndərilməsi ehtimalı demək olar ki, yoxdur. Məsələ ondan ibarətdir ki, Məhəmməd Qasımov mühüm dövlət qurumlarından birinin arayışı əsasında işdən azad edilib. Yəni, onu yenidən hansısa vəzifəyə təyin etmək faktiki olaraq mümkün deyil. Çox maraqlıdır ki, Məhəmməd Qasımovun vəzifədən azad olunmasına imkan verən, mühüm dövlət orqanı tərəfindən üzə çıxarılan məqam, bu şəxs gömrük orqanına işə qəbul edilərkən də mövcud olub. Ancaq nədənsə həmin vaxt Dövlət Gömrük Komitəsinin sədri olan Aydın Əliyev bu məqamları görməyib. İndi isə həmin məqamlar mühüm dövlət orqanı tərəfindən üzə çıxarılıb və həmin qurumun rəsmi arayışı əsasında Məhəmməd Qasımov vəzifəsindən azad edilib. Bu məqam Aydın Əliyevin özünə də problem yaratmaq gücündədir. Çünki, Məhəmməd Qasımovun işdən azad olunmasına əsas verən səbəblər bu şəxs gömrük orqanlarına işə qəbul edilərkən də mövcud olubsa, deməli Aydın Əliyev vəzifə səlahiyyətlərini aşmaqla bu şəxsi işə qəbul edib. Mənbə bildirir ki, Məhəmməd Qasımovun işdən azad edilməsinə əsas verən səbəbləri yeganə hal deyil. Əgər ciddi araşdırma aparılsa, bir neçə belə hal üzə çıxarıla bilər. Bu isə "Gömrük İşi” cinayət işinin materiallarının əsasını təşkil edə bilər. Əgər, Məhəmməd Qasımovdan sonra başqa gömrük məmurları da eyni qaydada vəzifələrini itirəcəklərsə, bu "Gömrük İşi” adlı cinayət işinin başlanma ehtimalının reallaşmaq mərhələsi demək olacaq.

Məhəmməd Qasımovla eyni vəziyyətdə olmasına baxmayaraq Dövlət Gömrük Komitəsində hələ də vəzifə daşıyan şəxslərlə bağlı "Yeni Sözçü” qəzetinə daxil olan məlumatları isə araşdırmağa davam edəcəyik. Onu da qeyd edək ki, bu məlumatların təsdiq olunması Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə yanaşı, 1995-ci ilin yanvar ayından 2006-ci ilin fevral ayına kimi bu quruma rəhbərlik etmiş, indi isə Fövqəladə hallar naziri olan Kəmaləddin Heydərova da problem yarada bilər.sozcu.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar